12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

AFFA “Sumqayıt”la oyuna görə “Qarabağ”a texniki məğlubiyyət verəcək!

"Qarabağ” klubu “Sumqayıt”la oyuna görə texniki məlubiyyət alacaq. Futbolxeber.az-ın məlumatına görə, Ağdam klubu bu gün Azərbaycan Premyer Liqasının ilk turunda “Sumqayıt”a qarşı baş tutan görüşdə legioner limitini pozub. Belə ki, komanda matça 6 legioner (Sehiç, Teli, Aqolli, Muarem, Çumbinyo, Reynaldo) və 5 yerli (Quliyev, Əhmədov, Yusifov, Qarayev, Nadirov) futbolçuyla başlasa da, oyunun 59-cu dəqiqəsində Namiq Yusifovu Riçard Almeyda əvəzləyib. Bu zaman “Qarabağ”ın heyətində meydanda 6 əcnəbi, 5 yerli futbolçu olub ki, bu da limitin pozulması deməkdir. Səhvini anlayan məşqçilər korpusu 2 dəqiqə sonra - matçın 61-cı dəqiqəsində Muarem Muaremi Namiq Ələsgərovla əvəzləyiblər. Bundan sonra balans bərpa olunub - 6 yerli və 5 əcnəbi futbolçu. Lakin fakt budur ki, “Qarabağ” 2 dəqiqə ərzində meydanda 6 əcnəbi və 5 yerli futbolçu ilə mübarizə aparıb. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30