21 Sentyabr 2026, Bazar ertəsi
"Neftçi"dən yubiley qələbəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da

Ölkə futbolu

Xaqani Məmmədov: “Əliyar Ağayev UEFA-dan yüksək qiymət aldı”

Avroliqanın III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutan “Şaxtyor” (Qazaxıstan) - “Hayduk” (Xorvatiya) matçını idarə edən FİFA referisi Əliyar Ağayev UEFA-dan yüksək qiymət alıb. Bu haqda Futbolxeber.az saytına Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədov açıqlama verib: “Gözlədiyimiz kimi, Əliyar UEFA-dan yüksək qiymət aldı. Əvvəldən də Ağayevin qəbul etdiyi qərarların düzgün olduğunu qeyd etmişdim. Amma onun dəqiq olaraq aldığı qiyməti söyləyə bilmərəm”.

X.Məmmədov qeyd edib ki, qarşıdakı play-off oyunları üçün UEFA-dan hakimlərimizə təyinat veriləcəyinə inanır.

Xatırladaq ki, “Şaxtyor”un 4:2 hesablı qələbəsi ilə başa çatan görüşdə hmyerlimizin meydan sahiblərinin qapısına təyin etdiyi penalti narazılıqla qarşılanmışdı. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30