21 Sentyabr 2026, Bazar ertəsi
"Neftçi"dən yubiley qələbəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da

Ölkə futbolu

Qurbanov: “Əsas uduzmamaqdı”

“Bilirik ki, sabahkı oyun çox çətin keçəcək. Üstəlik, stadionda anşlaq da yaşanacaq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Zalsburq”un qonağı olacaq Ağdam klubunun çalışdırıcısı bu gün oyunöncəsi mətbuat konfransı keçirib.

Qurbanov əsas məqsədlərinin uduzmamaq olduğunu qeyd edib: “İtkilərimiz var. Onların yoxluğunda işimiz çətin olacaq. Amma bizim üçün əsas olan uduzmamaqdı. Komanda üzvləri də məsuliyyətini dərk edir”.

“Qarabağ”ın çalışdırıcısı rəqibin də matça böyük önəm verdiyini qeyd edib: “Çempionatın son turunda “Zalsburq” meydana 4 aparıcı futbolçusu olmadan çıxıb. Bundan xəbərdaram. Bu isə onu göstərir ki, “Zalsburq” da qarşılaşmaya çox ciddi yanaşır”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30