Ölkə futbolu
Gözəlləmə
Tanınmış jurnalist Anar Şabanoğlunun bu gün “Futbol+” qəzetində növbəti yazısı dərc olunub. Futbolxeber.az-ın məlumatına görə, A.Şabanoğlu “Qarabağ”ın” Zalsburq”u keçəcəyi halda, saçını keçəl qırxdıracağına söz verib. Həmin yazını təqdim edirik:
ZORƏN PREZİDENT
"Futbolu sevmirəm" deyən "Qarabağ"ın prezidenti Abdulbari Gözəlin Yakup Kadri Karaosmanoğlu ismini tanıdığına və onun "Zorən diplomat" əsərini oxuduğuna inanmıram. O ki qala Əli İldırımoğlunun "Zorən jurnalist" romanı ola… Amma o Əli bəyin oğlu Yunis haqda eşitməmiş olmaz. Məhz Yunis İldırımzadənin prezidentliyi dövründə "Qarabağ" avrokuboklarda mərhələ keçən ilk Azərbaycan klubu oldu. Əslində "Qarabağ" ilk Avropa yolçuluğunda - 1996-da Kuboklar Kubokunda mərhələ keçə bilərdi. Lakin səfərdə əsas vaxtda qalib gələn ağdamlılar əlavə vaxtın son dəqiqəsində şanssızcasına qol buraxdı. Tanıyanlar çoxdan mənə deyib ki, "ağdamlılar gedib özünə kiçik bir komanda yaratsın" deyən ağsaqqal başqan o dönəmlər “Gənclik”də yük maşınlarının üstündə alver edirmiş, bulvarda yağ satdığını da bu gün eşitdim.
DÜNYA SƏNİNDİ, GÖZƏL
Abdulbari müəllimin dünənki açıqlamasında da bildirdiyi kimi qismət… Əminəm, “Makkabi”ylə Bakıdakı oyunun final fitindən dərhal sonra Təbriz Həsənovun məni - 16 yaşlı fotoqrafı qucaqlayıb bərabər ağladığı anda indiki başqan nəinki bu hisslərdən, heç belə bir komandanın varlığından xəbərdar deyildi. O zaman mənim komandam "Neftçi" idi. Bir dəfə Tofiq Bəhramov adında Respublika stadionunda Asim Xudiyev sevimli komandamı "Kəpəz"ə uduzdurandan sonra klub avtobusunun yanında ağlamışdım və bütün həmkarlarım mənə böyük təəccüblə baxmışdı. Zaman keçdi, "Qarabag"ın "Rusenborq"la Bakıdakı oyunundan öncə qəti şəkildə "xalq komandası" adına ağdamlıların layiq olduğunu dəqiqləşdirdim və bunu ilk dəfə deyən mən oldum.
“BARAN”
"Ağac bar verəndə başını aşağı salar" Abdulbari müəllim…Vəzifəsinə, soyadına, yaşına uyğun gəlməyən açıqlama verən Abdulbari bəy sussaydı barı… Təsəvvür edin ki, Abdulbari bəyin yaxşı tanıdıgı Əziz Yıldırım başqanlıq etdiyi klub haqda eyni sözləri deyəydi? Yeri gəlmişkən Abdulbari Gözəlin Əziz başqanın məmləkəti Diyarbakir, Muş və başqa şəhərlərdə xeyriyyəçiliyi ilə bağlı internetdə yetərincə bilgi tapmaq olar. Onun PKK terror təşkilatının sponsoru olması haqda da mətbuatda və internetdə çoxlu arxiv yazıları var. Bunun üstündən "özü və Allahı bilər" deyib keçərək, Bakının göbəyində - "Park Bulvar"da da Maldiv əvəzinə Mardinə və başqa terror bölgələrinə turlar haqda bukletlər paylandığına canlı şahidlik etdiyimi söyləyim. Bakının rəmzi olan Alov Qüllələrində - dünyaca ünlü "Fairmont" otel şəbəkəsinin adı yaraşdırılan bir məkanda telekanallar arasında Az.TV-ni tapmasaz da, kurd kanallarını, o cümlədən Kürdüstan TV-ni hər zaman izləyə bilərsiz. Abdulbari Gözəlin xeyriyyəçiliyi haqda yazılarda onun Azərbaycanın qərb bölgəsinə İraqdan, Türkiyədən və başqa ölkələrdən kürdlərin köçünə yardım etdiyini, eyni zamanda ləqəbi olduğunu da oyrənirik. Futbolu bilməyən futbol klubu prezidentinin ləqəbi "Baran"dı. Təəssüf ki, onun azərbaycanlılara, Azərbaycan ordusuna, təhsilinə, qaçqınlara etdiyi xeyriyyəçilik haqda arxivdə heç bir məlumat yoxdu. Olsaydı, bəlkə ölkəmizdə də ona bir ləqəb verilərdi. Məsələn, deyək ki, "Lazım"…
QARABASMA
Həvəskar maltalılar üzərində qələbə Gözəl başqanda gözlənilməz eyforiya və özündərazılıq yaratdı. Ən azı buna görə futbolla maraqlanmaması haqda söylədiklərinin doğru olduğu görünür. Bu qələbə Bakıda evsiz Qarabağ qazisinin özünü yandırmaqla intihar etməsi və Ağdamın işğalının növbəti ildönümünə təsadüf etdi. Bu insanların dərdləri özlərinə kifayət edir. Bircə Abdulbari müəllimin "Qarabağ" Agdamın deyil, getsinlər özlərinə kiçik bir komanda yaratsınlar" minnəti çatmırdı. Malta təmsilçisini məğlub etdiyinə görə bu sözlər deyilirsə, "Qarabag" Çempionlar Liqasının qrupuna düşsə, gərək bütün ağdamlılar şallaqlansın… Şallaqlanmaq və ÇL-in qrup mərhələsi bir yana, "Qarabağ" "Zalsburq"u keçəcəyi halda başımı keçəl qırxdırmaga söz verirəm. Amma bir şərtlə ki, Avstriya səddi keçilməsə, Abdulbari Gözəl istefa versin!
ANAR ŞABANOĞLU, “Futbol+”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
12.11.2026
11.11.2026
10.11.2026
























