20 Aprel 2026, Bazar ertəsi
"Turan Tovuz"da iki yubiley
Saşa İliç qələbəni şərh etdi
Sxadadze: “Azarkeşlərdən üzr istəyirik”
"Sumqayıt" "Qəbələ"ni məğlub etdi

Ölkə futbolu

“Sumqayıt” “Dinamo”yla heç-heçə oynadı

Azərbaycan Premyer Liqasının 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu Türkiyədə növbəti yoxlama oyununu keçirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda Batumi "Dinamo"su ilə qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb. Hücumçu Məhəmməd Qurbanov bu qarşılaşmada dubl edib. 22 yaşlı futbolçu hər iki topu penaltidən vurub.

Xatırladaq ki, "Sumqayıt" FK ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada isə Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlib.

"Sumqayıt" - "Dinamo" 2:2

Qol: Məhəmməd Qurbanov (2)

"Sumqayıt" FK-nun start “onbirliy”i: Andrey Popoviç, Ruslan Poladov, Vurğun Hüseynov, Aqil Nəbiyev, Nodar Məmmədov, Tagim Novruzov, Tərzin Cahangirov, Təvəkkül Məmmədov, Orxan Əliyev, Tofiq Mikayılov, Məhəmməd Qurbanov.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30