9 Noyabr 2025, Bazar günü
Millimiz mübarizəni dayandırdı
Elmar Baxşıyevdən qələbə şərhi
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi

Ölkə futbolu

“Qarabağ” - “Valletta” matçında maltalılar üçün uğursuz hakim

“Qarabağ” - “Valletta” matçını idarə edəcək Aleksander Harkam 1981-ci ilin 17 noyabrında anadan olub. Futbolxeber.az-ın məlumatına görə, avstriyalı hakim 2008-ci ildən Avstriya birinci liqasına (Erste Liqa), 2009-cu ildən isə yüksək liqaya (Bundesliqa) baş hakim kimi təyinat alır. 2012-ci ildə isə o, FİFA hakimi adını daşıyır.

“Qarabağ” - “Valletta” oyunu Aleksander Harkam üçün Çempionlar Liqasında debüt matçı olacaq. Buna qədər Avroliqada 2 oyun idarə edən avstriyalı referi, ötən mövsüm gənclər arasında keçirilən ÇL-də də 2 oyunun baş hakimi olub.

Harkamın yolu buna qədər Azərbaycan təmsilçiləri ilə kəsişməyib. Əvəzində o, 2 dəfə maltalıların görüşünü idarı edib. 2012-ci il iyulun 12-də Harkamın idarə etdiyi “Metallurq” (Skopye, Makedoniya) - “Birkirkara” (Malta) matçı qolsuz heç-heçəylə bitib. Ötən il iyunun 6-da isə Maltanın U-21 millisi səfərdə Polşaya 0:2 hesabı ilə uduzub. Göründüyü kimi, maltalılar Harkamın idarə etdiyi oyunlarda nəinki qələbə qazanıb, heç qol da vura bilməyiblər.

  








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30