12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

AZAL: əvvəl İran millisi, sonra Superliqa təmsilçiləri

Hazırlıqlarını Boluda davam etdirən AZAL Türkiydə olduğu müddətdə - iyulun 28-nə qədər 5 yoxlama görüşü keçirəcək. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq yoxlama matçlarındakı rəqiblərin adlarına da tam aydınlıq gəlib.

“Təyyarəçilər” ilk oyununu sabah keçirəcək. Yerli vaxtla saat 18:00-da başlayacaq görüşdə rəqib İranın 21 yaşa qədər futbolçulardan ibarət milli komandası olacaq. Bundan sonra isə AZAL 2 dəfə Türkiyə Superliqasının təmsilçisi ilə qarşılaşacaq. Belə ki, ayın 20-də “Mersin İdman Yurdu”, 23-də isə “Balıkesirspor” Tərlan Əhmədovun komandasının rəqibi olacaq. İyulun 25-də “təyyarəçilər” superliqadan PTT 1-ci liqaya düşmüş “Antalyaspor”la, son matçda Gürcüstan 1-ci divizionunun (Pirveli Liqa) aparıcı klublarından olan “Kolxeti 1913”lə qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31