21 Sentyabr 2026, Bazar ertəsi
"Neftçi"dən yubiley qələbəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da

Ölkə futbolu

Muarem Muarem: "Qol vursaq, problem olmayacaq"

“Bizi çətin qarşılaşma gözləyir. Bu səbəbdən oyuna yüksək səviyyədə hazırlaşmışıq. Məqsədimiz meydandan qələbə ilə ayrılmaqdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem deyib.
 
Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində “Valletta” ilə üz-üzə gələcək ağdamlıların futbolçusu Maltada vurulacaq qolun əhəmiyyətindən danışıb: “Öncə qol vurmalıyıq. Əgər öz oyunumuzu göstərə bilsək, məqsədimizə çatmaq üçün problem olmayacaq. Yaxşı nəticə qazanacağıq. Səfərdə vurulan qol evdə üstünlük sayılır”.
 
Muarem bildirib ki, Bakıya daha yaxşı nəticə ilə qayıtmaq üçün əllərindən gələni edəcəklər: “Cavab oyununa bizi qane edən hesabla çıxmaq yaxşı olardı. Buna görə bu günkü dueldə sona qədər mübarizə aparmalıyıq”.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30