Ölkə futbolu
Milli, yoxsa yığma komanda?
Əslində, milli yığma komanda olmalıdı. Amma mətbuatda “yığma”, “milli” sözlərinə daha tez-tez rast gəlirik. Fərqli mənalar kəsb edən sözlərdi. Bəs, bizim komanda millidir ya yığma? Şəxsi fikrimdir və bununla çoxları razılaşmaya bilərlər – milli komanda dedikdə ağlımıza ilk olaraq ancaq azərbaycanlılardan və ya Azərbaycanda doğulmuş, burada böyüyüb boya-başa çatmış, futbolda ilk addımlarını atmış qeyri-millətlərdən nümayəndələri olan futbolçulardan təşkil olunmuş komanda gəlir. Yığma dedikdə isə... bizim komanda əsl yığmadır. Fikir versək, meydana çıxan futbolçuların bir hissəsi elə ordan-burdan yığılıb. Onların çoxunun heç Azərbaycanla əlaqəsi yoxdur.
Bu, yazının girişi idi və mövzusu tamam başqadı. “Het-trik news”un ötən sayında bir futbolçunun atası ilə müsahibə dərc olunmuşdu. Həmin futbolçunun cəmi 14 yaşı var və Almaniyanın “Ayntraxt” klubunun yetirməsidir. Ötən ay Bakıda təşkil olunmuş İBA14 Cup turnirində həm bombardir olmuşdu, həm də turnirin ən yaxşı futbolçusu seçilmişdi. Söhbət Murad Mahmudovdan gedir. Murad 2000-ci ildə Bakıda anadan olub. 4 yaşı olarkən atası Zaur bəy ailəsi ilə birlikdə Almaniyaya köçüb və Murad məktəbə, futbola orada gedib. Turnirin ilk günündən parlayan Muradın gələcəkdə Azərbaycan yığma komandasında çıxış etmək perspektivi mənimlə yanaşı bir çox futbol mütəxəssislərinin də fikrində keçmişdi. Hətta sonradan məlum oldu ki, gənc Murada milli (hələ ki milli – İ.T.) komandadan təklif də var. Amma sən saydığı say, gör Zaur bəy nə sayır. Əməkdaşımız Zaur Mahmudovla kiçik müsahibə götürmüşdü və müsahibin dedikləri məndə ikrah hissi oyatmışdı: “Azərbaycan millisindən oğluma təklif gəlib. Özü də turnir zamanı yox, daha əvvəl. Amma Murad hələ ki yekun qərarını verməyib. Oğlum üçün hazırda ilk növbədə Almaniya millisidir. Gələcəkdə Almaniya millisinin şərəfini qorumaq istəyir. Bu variant alınmasa, Azərbaycanın formasını geyəcək. Düzdür, Azərbaycan bizim vətənimizdir. Amma o, Almaniyada böyüyüb...”
Bu yerdə bir şairimizin yazdığı şeirdən bir parça yadıma düşdü. Şairin adını unutmuşam. Şeir də yadımda dəqiq qalmayıb. Amma təxminən aşağıdakı kimi idi:
Gözəlim, gözlə məni,
özümə yar axtarıram.
Əgər tapa bilməsəm,
gözəlimsən gözəlim.
Bu misra elə bil Zaur bəy üçün yazılıb. Onun sözlərindən belə çıxır ki, gözəli Azərbaycandır. Amma ondan gözəl Almaniyanı sevir. Əgər “yox” cavabı alsa, Azərbaycanı seçəcəklər. Bərəkallah! Zaur bəy, Allah işinizi avand eləsin, arzunuza çatdırsın! Amma Azərbaycanı həqiqətən sevən şəxs bu sözləri deməzdi. Qınaq obyekti olmamaq üçün bu yerdə bir qədər siyasət işlətmək mümkün deyildi? Məsələn, deyə bilrdiniz ki, Azərbaycan bizim vətənimizdir, yığma komandada oynamaq bizim üçün şərəfdir və s. və i.a. Malalamaq lazım idi. Məsut Özil kimi. Məsut əslən türkdür. Onun da ailəsi nə vaxtsa Admaniyaya köç edib. Məsut Helzerkirhendə böyüyüb, futbolun sirlərini öyrənib. Sonda da Almaniya millisini seçib. Amma Türkiyəyə olan sevgisini heç vaxt gizlətməyib. Daha doğrusu bunu elə edib ki, nə şiş yanıb, nə də kabab. Sual oluna bilər – nəyə görə Almaniyanı milli, Azərbaycanı isə yığma komanda kimi yazıram? Səbəbini izah edim. Doğrudur, Almaniya komandasının heyətində xeyli sayda alman millətindən olmayan futbolçular çıxış edir. Son mundialdakı komandanın heyətinə diqqət yetirək - Miroslav Kloze, Sami Xedira, Lukas Podolski, Şkordan Mustafi, Boatenq, Məsut Özil. Özil haqqında bir qədər əvvəl qısa məlumat verdim. Miroslav Kloze Polşanın Opole şəhərində dünyaya gəlib. Anası Barbara Yej polşalı, atası Yozef Kloze isə alman olub. Uşaq olanda əvvəl Fransaya, sonra isə Almaniyaya köçüblər. “Kayzerslautern” futbol klubunun yetirməsidir. Lukas Podolski təmiz polyak olsa da, o da Kloze kimi Almaniyada böyüyüb. Ailəsi onun 2 yaşı olanda bu ölkəyə köç edib. Futbolda ilk addımlarını “Köln”də atıb. Tunisli Sami Xedira Ştutqartda, alban Şkordan Mustafi Bad-Hersfelddə, qanalı Jerom Boatenq Berlində dünyaya göz açıblar və uyğun olaraq “Ştutqart”, “Hamburq” və “Herta”nın yetirmələridir. Fikir verdinizsə, hamısı qeyri-alman millətindən olsalar da, futbolçu kimi Almaniyada yetişiblər və bu ölkənin millisində oynamağı türklər demişkən, “hakk ediblər”. İndi özünüz qərar verin – Almaniya milli komandadır, ya yığma? Bizim yığmaya da məhz Azərbaycanda böyümüş, futbolda ilk addımlarını Azərbaycanda atmış, ölkəsini və millətini sevən, hörmət qoyan, oyunlardan əvvəl himnini ürəkdən oxuyan futbolçular lazımdır. Azərbaycanlı olmasa da olar. Maksim Medvedevi götürək. “Qarabağ”ın müdafiəçisi milliyətçə rus olsa da, Bakıda doğulub. Bayaq sadaladıqlarım keyfiyyətlərin hamısı onda var. Kimsə inciməsin, bakılı rus olan Maksimə Almaniyada yaşayan azərbaycanlı Muraddan daha çox rəğbət bəsləyirəm. Təəssüf ki, Azərbaycan futboluna aidiyyatı olmayan bir çox futbolçuların milliyə dəvət olunması komandamızı yığma edib.
Ümumiyyətlə, futbolumuzda belə bir tendensiya var. Xaricdə futbolçu kimi yetişən azərbaycanlıların əksəriyyəti dərhal milliyə dəvət olunur. Nə var, nə var onlar başqa ölkədə futbol oynayırlar. Aleksandr Səmədov və Aleksandr Əliyevlə baş verənləri yada salaq. Bəziləri hətta bu futbolçuların Rusiya və Ukraynanı seçməsinə bir itki kimi baxdılar. Lazım deyil bizə elə futbolçular. Lazım deyil Azərbaycana ikinci dərəcəli ölkə kimi baxanlar. Bizə saşalar, muradlar lazım deyil. Lazım olsa belə, inanın ki, yığmamız elə indiki vəziyyətdə olacaq. Heç olmasa, komandamızda özümüzünkülər oynasın. Maksimin timsalında qeyri-millətin nümayəndələri olsalar belə.
Bayaq Səmədovu “asıb-kəsdim”. Amma yüz dəfə imama ağlayanda, gərək bir dəfə də yezidi yada salaq. Səmədov vaxtilə yığmamızın düşərgəsində olub. Amma nəyə görə Azərbaycanı seçmədi. İy verən “nakidka” geyməyi, şəraitsiz otaqla qalmağı hansı futbolçu istəyər. Burada günah AFFA-da idi. Futbolçuya lazımi qayğı göstərməmişdilər. Bu üzdən Saşa Rusiya millisini seçdi. Daha bir azərbaycanlını yada salmaq yerinə düşər. Yaxınlarda “Zenit”lə 3 illik müqavilə bağlayan Ramil Şeydayev Rusiyanın aşağı yaş qruplarından ibarət millisində oynayır. Azərbaycanlı balası bizi niyə seçmədi? Verdiyi açıqlamaların birində Ramil Azərbaycan yığmasından qəti şəkildə imtina etmişdi. Buna da bərəkallah!
Bir müddət əvvəl Reynaldonun yığmamıza gətirilməsi ilə bağlı mətbuatda xeyli müzakirələr getdi – dəvət olunsun, ya olunmasın? Həmin ərəfədə Reynaldo ilə müsahibə götürəndə bu barədə fikrini öyrənmişdim. Yığmada oynamağa razı idi. Hətta dəvət olunacağı təqdirdə danışıqlar aparmağa hazır olduğunu demişdi. Görəsən, danışıqların mövzüsü nə olacaqdı? Əlbəttə, pul. Renyaldo çox səviyyəli futbolçudur. İndiyə kimi Azərbaycana gələn ən güclü legionerlərdən biridir. Olsun. Onun da yığmaya gətirilməsi lazım deyil. Çünki, Reynaldo heç vaxt Azərbaycanı nəinki, Braziliya, heç doğulduğu bapbalaca Arapirakanın yarısı qədər də sevə bilməz. Birdə ki bir güllə bahar olmur. Reynaldo təkbaşına nə edə bilər ki?
Amma istisnalar da mövcüddür. Vaxtilə “Bakı”nın şərəfini qoruşum Andre Ladaqa Qazaxıstana vurduğu qoldan sonra formasında olan gerbi öpmüşdü. Bizimkilərə örnək ola biləcək bir addım idi.
Son sözüm AFFA-yadır. Azərbaycan futbolu ilə bağlı olmayanları milliyə sırıyıb komandamızı yığma eləməyin. İndiyə kimi nə olubsa, keçmişdə qalsın. Elələrinə peşkəş olunan pulları perspektivli uşaqlarımıza xərcləyin, xarici klublarda təcrübə yığmağa göndərin. İndi də olmasa, illər sonra xeyrini görə biləcəyik. Onsuz da yığma komanda yaxın 5-10 ildə heç bir perspektiv vəd etmir. Aşağı yaş qruplarından ibarət komandalarımızın durumu bunu deməyə əsas verir. Hər halda... məşhur lətifədə deyildiyi kimi bir də cəhd edin, bəlkə alındı.
Ilqar TAĞIYEV, “Het-trik news” qəzeti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- Berdıyevdən mini master-klass
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- “Neftçi”dən alqışlanası addım: O tribunaya Anatoli Banişevskinin adı verildi
- Premyer Liqa klubları kimi fəaliyyət göstərən “Dinamo”: “Kiçik maliyyə dəstəyi olarsa...”
- Futzal millimiz Gürcüstanla qarşılaşacaq
- Futbolumuzun fərsiz övladı
- Cenk Sümer: “Banişevskinin xatirəsini yaşatmaq hər bir “Neftçi”sevərin borcudur”
- “Neftçi” Banişevskinin məzarı önündə
- Kurban Berdıyevdən qələbə şərhi
- Valeh Seyidov yubileyini qolla qeyd etdi
- “Turan Tovuz” Qəbələdə böyük hesablı qələbə qazandı
- Tiaqo Silva: “Turan Tovuz” daha aqressiv və istəkli idi”
-
10:36
Roderik Miller: “Avrokuboklara çox yaxınıq”
-
10:15
Millimiz apreldə daha iki oyun keçirəcək
-
10:00
Qrizman ABŞ-də nə qədər qazanacaq?
-
09:49
İtaliyalı müdafiəçisi “Barselona”nın hədəfində
-
09:27
Deşamın xələfi Zidan olacaq
-
23:52
İsgəndər Cavadovdan “Dinamo”ya dəstək
-
18:41
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
-
17:00
II Liqada 19-cu tura start verildi
-
14:15
AMADA ilə Beynəlxalq Cüdo Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
-
13:37
Orxan Məmmədov: “Sahibkarların minifutbola marağı artıb"
-
12:56
Güləş yığmalarımız mühüm yarışlara hazırlaşır
-
11:28
Boksçularımız Debretsendə 4 medal qazanıblar
-
11:02
"Roma" 3 xalı tək qolla qazandı VİDEO
-
10:49
Breno Almeyda: “Neftçi” olaraq yalnız avrokuboklara fokuslanmışıq”
-
10:13
"İnter" səfərdə xal itirdi VİDEO
-
09:54
Mövsümdə 3-cü, “Neftçi”də 23-cü, tarixdə 110-cu
-
09:31
Madrid derbisini "Real" qazandı VİDEO
-
11:36
Futzal millimizin toplanışına 18 oyunçu dəvət alıb
-
11:19
PSJ-dən 4 qollu qələbə VİDEO
-
11:00
Zamiq Əliyevin komandasından heç-heçə
-
10:43
"Çelsi" "Everton"la bacarmadı VİDEO
-
10:25
Cəlalın komandası səfərdə coşdu
-
10:12
"Bavariya"dan darmadağın VİDEO
-
09:54
Qərəz, yoxsa antipatiya? - YAZI
-
09:37
"Milan" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:36
Axundzadə MLS-də debüt etdi
-
19:23
"Turan Tovuz"dan növbəti qələbə VİDEO
-
18:59
Kurban Berdiyev: “İddialı danışmaq üçün hələ çox tezdir”
-
18:41
Sxadadze: “Məsuliyyətdən qorxmuram”
-
18:17
Mahir keçmiş komandasına qarşı oynadı
-
18:00
“Turan Tovuz”dan vacib qələbə
-
17:22
Hidayət bürünc medal qazandı
-
13:35
Ruan Renato: “Şans verilsə, Azərbaycan millisində oynamağa hazıram”
-
12:48
"Milan"da ciddi itki
-
11:54
“Qarabağ” iki legioneri milliyə dəvət aldı
-
11:23
"Mançester Yunayted" qələbəni əldən verdi VİDEO
-
11:01
Cenk Sümer: “Qara qış keçirdik, önümüzdə artıq bahardır”
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
Dadaşovun komandası lideri məğlub etdi
-
09:37
"Napoli" 3 xalı tək qolla qazandı VİDEO
-
22:42
"Neftçi" "İmişli"ni meydana çıxmağa peşman etdi VİDEO
-
22:00
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
-
21:23
“Qarabağ” uduzdu, “Neftçi”dən darmadağın
-
20:38
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
-
19:09
"Qarabağ" "Kəpəz"ə məğlub oldu VİDEO
-
18:46
Azər Bağırovdan qələbə şərhi
-
18:31
Qurban Qurbanov: “Penalti olduğunu düşünürəm, Rauf Cabbarov da sağ olsun”
-
17:25
“Zirə”dən Ruanda yığmasına
-
16:54
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
-
15:17
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
24.03.2026
23.03.2026
22.03.2026
21.03.2026
20.03.2026























