29 Oktyabr 2025, Çərşənbə
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Ölkə futbolu

Elxan Məmmədov yığma komanda ilə görüşüb

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş katib yığmamızı Bosniya və Herseqovinanın Sarayevo şəhərində təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirinin qalibi olması münasibətilə təbrik edib, gələcək oyunlarda futbolçularımıza uğurlar arzulayıb. Sonra xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması iyunun 17-dən 20-dək müddətdə Sarayevo şəhərində təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində keçirdiyi hər üç oyunu qələbə ilə başa vurmuşdu. Yığmamız ilk oyunda Bosniya və Herseqovina komandasını 4:0, ikinci qarşılaşmada Makedoniya komandasını 2:1,  son oyunda isə Monteneqro yığmasını 3:0 hesabı ilə məğlub etmişdi.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31