Ölkə futbolu
Əfran İsmayılov: “Transfer vərəqəm vaxtında verilsəydi, superliqada oynayardım”
“Xəzər Lənkəran” klubunun yeni transferi Əfran İsmayılovun müsahibəsi
- Türkiyə superliqasından təklif aldığını bildirmişdin. Necə oldu ki, “Xəzər Lənkəran”a keçdin?
- Sözün düzü, fikrim Türkiyə klubuna keçmək idi. Ancaq “Bakı” transfer vərəqəmi bir ay gec verdi. Təklif aldığım klub məni çox gözlədi, axırda gördülər ki, məsələ çox uzandı. Buna görə də transferim alınmadı. Superliqa klubu heç vaxt əlində transfer vərəqəsi olmayan futbolçu ilə müqavilə imzalamır. Birinci liqa klubu olsaydı, alınardı. “Bak”ı transfer vərəqəmi verəndə artıq gec idi. Qərara gəldim ki, “Xəzər Lənkəran”ın təklifini dəyərləndirim. Beləliklə, “Xəzər Lənkəran”la iki illik müqavilə imzaladım.
- Yəni transfer vərəqənin ləngidiyi üçün “Xəzər Lənkəran”ı seçdin?
- Bəli, transfer vərəqəm vaxtında verilsəydi, bu gün superliqa klubunda olardım.
- Hansı superliqa klubundan təklif almışdın?
- Məncə, həmin klubun adını çəkməyin artıq mənası yoxdur. Hər şey keçmişdə qaldı. Bütün danışıqları menecerlər aparırdı. “Bakı”dan ayırla bilmədiyim üçün danışıqlar üçün Türkiyəyə getmədim.
- Türkiyə I liqasında oynamaq istəmədiyini demişdin. Bu günlərdə bir neçə futbolçumuz I liqa klbu ilə müqavilə imzaladı.
- Əslində I liqanın səviyyəsi də yaxşıdır. Maliyyə məsələsi də əlverişlidir. Ancaq mən şəxsi fikrimi bildirdim ki, Türkiyə I liqasında oynamaram.
- Vaqif Cavadov və Mahir Şükürovun I liqa klubuna keçməsinə münasibətin necədir?
- Həmin futbolçulara uğurlar arzuluya bilərəm. Qərarlarına hörmətlə yanaşıram. Türkiyə I liqasından digər klublara keçmək də rahatdır. Hər kəsin öz şəxsi fikri və planı var.
- Yeni klubun haqda hansı fikirdəsən?
- “Xəzər Lənkəran” daima çempionluğa oynayan komandadır. Son vaxtlar düçar olduqları uğursuzluq isə hər bir komandanın başına gələ bilər. Mən bunu tez-tez baş məşqçi dəyişikliyi ilə əlaqələndirirəm. Son bir ildə “Xəzər Lənkəran”da həddindər artıq məşqçi dəyişikliyi oldu. Ona görə də komandanın zəif çıxışları başadüşüləndir. Çalışacağıq ki, yeni mövsümdə “Xəzər Lənkəran” əvvəlki gücünü göstərsin. Ən azından medalçılar sırasına düşməliyik.
- “Xəzər Lənkəran”la hansı nailiyyətlər qazanacağına ümid edirsən?
- “Xəzər Lənkəran” çox şeyə qadirdir, həm çempionluğa, həm də kuboku qazanmağa layiqdir. Əlimizdən gələni edəcəyik ki, çempion olaq. Komandaya yaxşı futbolçular cəlb olunub. Çempionat başlamadığı üçün indidən nəsə demək tezdir. Ancaq bilirəm ki, “Xəzər Lənkəran”la böyük nailiyyətlər əldə etmək mümkündür.
- Komandanın düşərgəsinə nə vaxt qoşulacaqsan?
- Kiçik viza problemi var. Yaxın iki gün ərzində həll olunacaq. Mən də yeni komandama yez qoşulmaq istəyirəm. Ən uzağı üç günə “Xəzər Lənkəran”la məşqlərə çıxa bilərəm.
qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
12.11.2026
11.11.2026
10.11.2026
























