3 Fevral 2026, Çərşənbə axşamı
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq

Ölkə futbolu

“İnter”in bizdən daha güclü və ya zəif olduğu hiss olunmurdu” (Müsahibə)

“Tiraspol”un yarımmüdafiəçisi Viktor Bulat Moldova mətbuatına müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, o, ilk öncə dünən Avroliqanın I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “İnter”ə 2:3 hesabı ilə uduzduqları qarşılaşma barədə danışıb:

- Qollar bizim səhvimizdən vuruldu. Daha diqqətli oynamalıydıq. Meydanda nə qədər diqqətli olsan, oyunun bir o qədər uğurlu alınar.

- Nəyə görə yalnız qapınızda 3 qol gördükdən sonra hücum etməyə və qol epizodu yaratmağa başladınız?

- 0:3-dən sonra bizə yalnız irəli getmək və buraxılan qolların əvəzini çıxmaq qalırdı.

- Demək olar ki, “İnter” oyun baxımından daha üstün idi?

- Hesab edirəm ki komandalar bərabər gücdə idilər. “İnter”in bizdən daha güclü və ya zəif olduğu hiss olunmurdu.

- Cavab oyununda “Tiraspol”un şansını necə dəyərləndirirsən?

- Məncə, şanslar 50-nin 50-yədir.

- Avrokuboklarla elə ilk mərhələdə vidalaşmaq sizi çox məyus edəcək?

- Əlbəttə. Bütün mövsüm boyu bu hədəfə doğru get və hər şey əvvəldə bitsin …

- Məşqçiniz oyundan sonra nə dedi?

- O bildirdi ki, qolları heç nədən buraxdıq. Düşünürəm ki, cavab oyununda daha diqqətli olacağıq.

Hazırladı: ELMAN








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28