Ölkə futbolu
Georgiyevski hakimləri lağa qoydu
"İnter"in futbolçusu Slavço Georgiyevski klubun rəsmi saytına müsahibə verib. Futboxleber.az həmin müsahibəni təqdim edir:
- Slavço, belə mürəkkəb matçda rəqibin qapısından 5 cavabsız qol keçirmək “İnter”ə müyəssər oldu.
- Biz bu matça çox yaxşı hazırlaşmışdıq. Görüşdən öncə müxtəlif səpgidə söz-söhbətlər var idi və biz yalnız bunu istəyirdik- meydançaya çıxmaq və öz oyunumuzu göstərmək. Düşünürəm ki, bizə üstünlüyümüzü nümayiş etdirmək mümkün oldu. Komandamızı layiqli qələbə münasibətilə təbrik edirəm. Mənim yeganə narazılığım hakimin adi epizodda mənə sarı vərəqə göstərməsiylə bağlıdır. Soruşmaq istərdim, nəyə görə mənə sarı vərəqə göstərildi? Biz rəqibin müdafiəçisiylə sadəcə serb dilində danışırdıq və bu zaman qarşımda xəbərdarlıq gördüm. Yəqin oyunun baş hakimi poliqlotdur və serb dilini bilir, buna görə də növbəti dəfə Çin dilində danışacağam. Amma çox güman ki, o, Çin dilini də bilir.
- Mövsümdə ikinci dəfədir sarı vərəqə limitini keçirsiniz və bu, ikinci dəfə keçmiş komandanıza -“Neftçi”yə qarşı keçiriləcək matç öncəsində baş verir.
- Mən Çində olmuşam və cüzi də olsa bu dili bilirəm. Əgər hakim bu dili də bilirsə, o zaman növbəti dəfə biz Çin dilində də danışarıq. Mən başa düşmürəm ki, o, bizim serb dilində danışdığımızdan nə anladı və nəyə görə mənə sarı vərəqə göstərdi.
-Sarı vərəqə aldığın anda hakimdən soruşmadınız ki, nəyə görə vərəqə göstərildi?
-Düşünürəm ki, onun özü də bilmir. Mənim sualıma cavabında dedi ki, indi mənə qırmızı vərəqə göstərəcək. Anlamıram, nə vaxtdan futbolçulara meydançada bir-birilə danışmaq olmaz? Bir də harada yazılıb ki, ünsiyyətə görə sarı vərəqə göstərilir? Bizim serb dilində danışdığımızdan o, ümumiyyətlə, nə anladı?
-Buna baxmayaraq komandamız növbəti qələbəsini qazandı və yüksək yerlər uğrunda mübarizəni davam etdirir. Necə düşünürsünüz, “İnter” mövsümün yekunlarına görə məqsədlərinə çata biləcək?
-Əlbəttə. Mübarizə hələ irəlidədir. Məsələn, növbəti tur səfərdə “Neftçi” ilə oynamalıyıq. Mənim həmin matçda olmağım vacib deyil, uşaqlar mütləq mübarizə aparacaqlar. Biz mübarizəyə köklənmişik.
-“Simurq”la oyunöncəsi “İnter”in gənc yarımmüdafiəçisi Fuad Bayramov ağır zədə aldı. Yəqin bu vəziyyət komandamızın futbolçularına mənfi təsir göstərdi.
-Bu hadisə psixoloji planda bizə pis təsir göstərdi. Bir yerə toplaşdığımız zaman baş vermiş hadisədən xəbər tutduq. Heç kim inanmaq istəmirdi, axı Fuad bizlərdən biridir, o, bizim qardaşımızdır. Baş vermiş hadisə bizim üçün çox ağırdır. Ancaq ümid edirik ki, o, tezliklə meydançaya qayıdacaq. Allah ona şəfa versin!
-“Simurq”la oyuna qayıdaq. Komandamız bu mövsüm bir oyun ərzində ilk dəfəfir bu qədər qol vurur. Hansı amilin sayəsində “İnter” rəqibin qapısına 5 dəfə yol tapa bildi?
-Biz yaradılmış vəziyyətlərdən yaxşı istifadə etdik. Artıq matçın əvvəlində İbrahima Niassenin əla asmasından sonra Yuri Fomenko baş zərbəsilə topu qapıdan keçirdi. Sonra bizə asan oldu. Sürətli qol özümüzə olan inamımızı daha da artırdı. Rəqib azlıqda qaldığı zaman isə onlara daha çətin oldu. Biz bundan yararlandıq və üstünlüyümüzü vurulmuş qollarla göstərdik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
16:43
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
12.11.2026
11.11.2026
10.11.2026
























