25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Ölkə futbolu

Tsxadadze 100-ə çatdı

Azərbaycan Premyer Liqasının 33-cü turu “İnter”in gürcüstanlı legioneri Baçana Tsxadadze üçün əlamətdar olub. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, hücumçu Azərbaycan çempionatlarında 100-cü matçına çıxıb. “Sumqayıt”la görüşdə yubiley qeyd edən legioner bu matçlarda 29 qol vurub.

Tsxadadze “İnter”də keçirdiyi 87 oyunda 24, “Simurq”da 8 oyunda 5 top vurub. “Standard”da keçirdiyi 5 qarşılaşmada qol hesabını aça bilməyən legioner məhz bu komandada - 2008/09 mövsümündə debüt edib. 2010/11 mövsümündə “Simurq”da (8 oyun, 5 qol) və “İnter”də (2 oyun) çıxış edən Tsxadadze 2011/12 (29 oyun, 7 qol) və 2012/13 (29 oyun, 8 qol) mövsümlərini də Bakı klubunda keçirib. Baçana cari mövsümdə meydana çıxdığı 27 matçda 9 qola sevinib.

Qeyd edək ki, Tsxadadze milliləşənlər də daxil olmaqla Azərbaycan çempionatında 100 və daha çox oyun keçirən 38-ci legionerdir. Baçana Tsxadadzeyədək gürcüstanlı futbolçulardan Georgi Adamiya, Badri Kvaratsxeliya, Qoqa Beraya, Aleksandr Qoqoberişvili, Aleksandr İntskirveli, Giorgi Lomaya, Valeri Abramidze də 100-ü arxada qoymuşdu.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31