Ölkə futbolu
Mustafa hoca, realist olaq! BİR FOTOYA SÖZARDI
Srağagün axşam “Xəzər Lənkəran”ın saytında bir foto diqqətimi çəkdi. “Qəbələ”dən alınan 0:3 hesablı yenilgidən sonra çəkilən həmin fotoda baş məşqçi Mustafa Dənizli və mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu yer alıblar.
Azarkeş, mütəxəssis və ya istənilən jurnalist Dənizliynən Cəbrayıloğlunu ayıra bilir.Yəni, hər birimiz fotoya baxarkən bu iki şəxsdən hansının baş məşqçi, hansının da mətbuat katibi olduğunu dərhal bilirik. Amma iddia edirəm ki, futbolla qətiyyən maraqlanmayan, Hüseyni demirəm, heç Mustafa hocanın kim olduğunu bilməyən sıravi vətəndaş bu fotoda kimin baş məşqçi, kimin mətbuat katibi olduğunu ayıra bilməz. Hətta səhv də salar.
Niyə? Fotoya diqqətlə baxın.

Hüseyn Cəbrayıloğlu başını elə aşağı salıb ki, sanki komanda məhz onun səhvi ucbatından finala gedən yolda ağır yenilgi alıb. Sanki, ikinci 45 dəqiqədə meydanda varlığı ilə yoxluğu bilinməyən heyəti o, müəyyənləşdirib. Sanki baş məşqçi odur və 0:3-dən sonra deməyə söz tapmır. Bu “sanki”ləri xeyli uzatmaq olar. Amma hər birimiz bilirik ki, həmin yenilgidə Hüseyn Cəbrayıloğlunun zərrə qədər də günahı yoxdu. Sadəcə olaraq, Hüseyn işinə vicdanla yanaşır və ağır yenilgidən sonra utanc hissi keçirir. Bir lənkəranlı kimi lənkəranlı azarkeşlərin gözünə baxmağa utanır. Amma təəssüf ki, həmin utanc hissindən Mustafa Dənizlidə deyəsən, yoxdu. Olsaydı, mətbuat konfransında baş aldatmazdı. Fikir vermişəm, Azərbaycan kubokunda baş tutan oyunlar zamanı ilk matçda uduzan məşqçi milliyətindən asılı olmayaraq, hər zaman “biz döyüşü uduzmuşuq, müharibə hələ qabaqdadı” tipli açıqlamalar verir. Mən razı, Lənkəranda hələ cavab oyunu var. Lakin Mustafa hoca, həqiqətənmi komandasının belə oyunla “Qəbələ”yə minimum 3 qol vurub, qapısını toxunulmaz saxlayacağına inanır? Bu, olduqca çətin görünür. Düzdür, “Xəzər Lənkəran” “Qəbələ”yə 3, daha çox da qol vura bilər. Ancaq komandanın müdafiə xətti inamlı danışmağa imkan vermir. “Rəvan”, AZAL, “Simurq” kimi komandalarla görüşdə qapısının toxunulmazlığını qoruya bilməyən Lənkəran təmsilçisinin bu dəfə bu işin öhdəsindən gələcəyi çətin görünür.
“Xəzər Lənkəran”lı azarkeşlərin bir qismi uğursuzluqda rəhbərliyi ittiham edir. Amma gəlin bir anlıq düşünək: hansı prezident, vitse-prezident, istənilən klub rəsmisi istəyər ki, komandası uğursuz çıxış etsin? Əlbəttə heç kim. Hər kəs istər ki, komandası çempion olub, kuboku qazansın. “Xəzər Lənkəran” bir-birinin ardınca kuboklar qazandığı illərdə məgər, rəhbərlikdə fərqli şəxslər təmsil olunurdu? Məgər, onda Mais Mənsimov, Tuyqun Nadirov yox idi? Bəlkə Mais Mənsimov, Tuyqun Nadirov “Xəzər Lənkəran”In uğur qazanmasını istəmir? Bununla belə, azarkeşləri də anlayışla qarşılamaq lazımdı. Hər bir futbolsevər istər ki komandasını zirvədə görsün. Amma realist olmaq lazımdı. Mustafa hocadan fərqli olaraq. Bugünkü reallıq da onu göstərir ki, Mustafa Dənizli Lənkəranda çox duruş gətirməyəcək. Toşak kimi o da postunu tərk edəcək. Əgər, yaradılan şərait qarşılığında nəticə yoxdursa, Dənizli getməlidir. Azarkeşlərə isə “heyf yaradılan o şəraitə” demək qalacaq.
Şahin ZÜLFÜQAROV
P.S. Buna bənzər foto Toşakın da vaxtında çəkilmişdi (amma onda tənbəllik həmin fotoya sözardı yazmağa imkan verməmişdi). O zaman uelsli məşqçinin yanında Hüseyn Cəbrayloğlu və tərcüməçi Elvar Quliyev əyləşmişdi. Hər ikisi də məyus idilər və nəticəyə görə utanırdılar. Toşak isə özünü heç nə olmamış kimi aparırdı. Eynən Dənizli kimi...
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
12.11.2026
11.11.2026
10.11.2026
























