Ölkə futbolu
Peter Neuştadter: “Rəvan”a faydalı olmaq üçün buradayam”
AFFA tərəfindən "Rəvan” FK-da uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün idman direktoru təyin edilən Peter Neuştadterin müsahibəsi
- Azərbaycana gəlişinizin təfərrüatını bilmək maraqlı olardı. AFFA ilə əməkdaşlığa başlamağınız necə alındı?
- Almaniya Futbol Federasiyasında çalışan tanışımın vasitəçiliyi sayəsində buradayam. Onun vasitəsi ilə Azərbaycanın 21 yaşadək gənclərdən ibarət yığmasına rəhbərlik edən həmyerlim Bernard Lippertlə görüşdüm və o, mənə ölkənizdə çalışmağı təklif etdi. Bildirdi ki, Azərbaycanda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün idman direktorlarına ehtiyac var. Mənim qismətimə "Rəvan” düşdü. Beləliklə, 2 illik müqaviləyə qol çəkdim.
- Almaniyalı olsanız da, Qırğızıstanda doğulmusunuz, Qazaxıstan millisinin şərəfini qorumusunuz, Rusiya, Ukrayna kimi ölkələrdə top qovmusunuz. Lakin məşqçilik karyeranız yalnız Almaniya ilə bağlıdır...
- Əslində, Azərbaycan mənim üçün yad ölkə deyil. Həyatımın böyük hissəsi SSRİ ilə bağlıdır. Orada doğulmuşam, oynamışam, lakin məşqçi kimi Almaniyada çalışmışam. Rusiyanın "Zenit”, Vladiqafqaz "Spartak”ında, Ukraynanın "Dnepr”, "Tavriya”, Qazaxıstanın "Kayrat”, Almaniyanın "Çemnitser”, "Maynts” klublarında top qovmuşam. 2005-2010-cu illərdə "Maynts”ın ikinci komandasının baş məşqçisi olmuşam. 2012-ci ildən isə Almaniyanın Cənub-Qərb Regional Liqasında mübarizə aparan "Tus Koblents”ə rəhbərlik edirdim. Həmçinin bu klubun idman direktoru idim.
- İndiyə qədər Azərbaycanda olmuşdunuz?
Bəli. Özü də, 30 il öncə. "Zenit”in əvəzedici komandası ilə Sumqayıtda oynamışdıq. Lakin düzünü deyim ki, Azərbaycan futbolu ilə bağlı elə çox məlumatım yox idi. Berti Foqts millinizin baş məşqçisi təyin olunandan sonra maraqlanmağa başlamışam.
- AFFA qarşınıza hansı tələbləri qoyub?
- Azərbaycana, "Rəvan”a faydalı olmaq üçün buradayam. Uşaq və yeniyetmə futbolçuların inkişafı üçün öz təcrübəmi sizin məşqçilərlə bölüşməliyəm. Əsas məqsədimiz buradakı futbolu Avropa səviyyəsinə qaldırmaqdır. Düşünürəm ki, bizdə alınacaq. Çünki burada bir çox müsbət şeylər gördüm. Artıq xeyli iş görmüsünüz. "Rəvan”ın yaxın günlərdə istifadəyə veriləcək bazasını çox bəyəndim. Klub uşaq futbolunun inkişafı üçün gözəl şərait yaradıb ki, bu da işimizi daha da asanlaşdırır. "Rəvan” klubunda çalışacağımdan məmnunam və əminəm ki, işimizin bəhrəsini görəcəyik. Rus dilini bilməyim həm mənim, həm də klub üçün əlavə üstünlükdür.
- Uşaq və yeniyetmə futbolçularla işləyən məşqçi olmağınız ailənizdən də yan keçməyib. Oğullarınız yolunuzu davam etdirirlər...
- Elədir, hər iki oğlum futbola bağlıdır. Yəqin ki, birini yaxşı tanıyırsınız - Roman Neuştadter. O, "Şalke 04” klubunun əsas heyət üzvüdür və Almaniya millisinin formasını geyinir. Digər oğlum isə "Tus Koblents”də yanımda idi, indi Amerikaya getməyi düşünür.
revanfc.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























