16 Sentyabr 2026, Çərşənbə
"Neftçi" 1000-ci oyununa çıxacaq
Həsənovun “unutduğu” epizod
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”

Ölkə futbolu

“Simurq”un prezidenti “Atletiko”nun qələbəsinə şahidlik etdi

"Simurq" Peşəkar İdman Klubunun prezidenti Anar Bəkirov İspaniyaya işgüzar səfərə gedib. Futbolxeber.az-ın məlumatına görə, komandanın prezidenti səfər zamanı paytaxt Madriddə "Joma" şirkətinin rəhbərliyi ilə görüşüb və gələcək əməkdaşlıq müzakirə edilib. Nəticədə, yüksək keyfiyyətli idman geyimləri və aksessuarlarına görə dünyada məşhur olan marka ilə "Simurq" arasındakı müqavilə daha bir il müddətinə artırılıb. Növbəti mövsümdə Zaqatala təmsilçisi "Joma" şirkətinin istehsalı olan geyim dəstlərindən istifadə edəcək. Yaxın günlər ərzində isə “Simurq”un yeni forması ictimaiyyətə təqdim ediləcək.

Klub prezidenti Anar Bəkirov səfər müddətində bir neçə tanınmış menecerlərlə görüşlər keçirməyi planlaşdırır. Həmçinin dünən, Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən "Atletiko” - "Barselona" oyununa (1:0) da tamaşa edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30