12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

“Qəbələ” AZAL-la oyuna itkilərlə hazırlaşır

"Xəzər Lənkəran" - "Qəbələ" (1:0) matçının ardından 1 günlük istirahətə buraxılan "qırmızı-qaralar"  bazar ertəsindən etibarən növbəti - XXX turun  hazırlıqlarına start verib. Futbolxeber.az-ın məlumatına görə, Yuri Syominin rəhbərliyi altında doğma məkanda baş tutan hazırlıq prosesinə zədəsi olan Omar Kalabane, İbrahima Niasse və Nikola Valentiç  qatılmır. Lorival Assis isə dizindəki ağrılar səbəbindən komandadan ayrı çalışır. Zədəsi ağır olan Nikola Valentiçin aprelin 14-də əməliyyat olunması gözlənilir. "Qəbələ" AZAL-la oyuna zədəlilərdən əlavə daha bir itki ilə çıxacaq. Sarı vərəqə limitini dolduran Lorenzo Ebesilio "təyyarəçilər"lə oyunu buraxacaq.

Xatırladaq ki,  "Qəbələ" - AZAL qarşılaşması aprelin 12-də saat 15:00-da Qəbələ Şəhər Stadionunda baş tutacaq. Matç “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30