12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

"Trabzonspor"a texniki məğlubiyyət verildi

Türkiyə Futbol Federasiyası (TFF) təxirə salınan "Trabzonspor" - "Fənərbaxça" matçı ilə bağlı qərarını verib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, superliqanın 24-cü turunda baş tutan bu qarşılaşmada Trabzon təmsilçisinin  azarkeşləri meydançaya yad əşyalar, partladıcı maddələr atdıqları üçün matç yarımçıq dayandırılmışdı.

Ölkənin futbol qurumu bu gün keçirdiyi iclasda azarkeşlərin bu davranışları səbəbindən "Trabzonspor"u texniki məğlubiyyətlə cəzalandırıb - 0:3. Bununla da "Fənərbaxça" çempionatın bitməsinə altı tur qalmış xalını 63-ə yüksəldib. Klub ən yaxın izləyiciləri "Qalatasaray" və "Beşiktaş"ı on xal qalabaqlayır.

Qeyd edək ki, "Trabzonspor" - "Fənərbaxça" matçının 23-cü dəqiqəsində Emenike qonaqları hesabda önə çıxarsa da, məlum səbəblərdən oyun yarımçıq dayandırılmışdı.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30