14 Mart 2026, Şənbə
Andrey Demçenkodan qələbə şərhi
“Sumqayıt”dan azarkeşlərə jest
“Səbail” “Mingəçevir”ə qalib gəldi
Millimizdən biabırçı məğlubiyyət

Ölkə futbolu

AFFA-dan Bəxtiyar Soltanova sərt cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 4 aprel 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIX turunun “Rəvan” - “Sumqayıt” matçının 89-cu dəqiqəsində “Rəvan” klubunun 30 №-li futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.

5 aprel 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXIV turunun “Araz Naxçıvan” - “Neftçala” matçının 16-cı dəqiqəsində “Araz Naxçıvan” klubunun 17 №-li futbolçusu Bəxtiyar Soltanov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.

6 aprel 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXIV turunun “Mil-Muğan” - “Turan-T” matçının 85-ci dəqiqəsində “Mil-Muğan” klubunun 18 №-li futbolçusu Elşən Hacıyev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31