3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

“Xəzər Lənkəran” əla komandadır, bizdən çox güclüdür”

“Xəzər Lənkəran” oyuna yaxşı başladı. Rəqib əla komandadır, bizdən çox güclüdür. Buraxılan qoldan sonra toparlandıq, bərabərlik qolundan sonra isə oyunumuzu əks-hücumlar üzərində qurduq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”la oyundan sonra “Rəvan”ın baş məşqçisi Güvən Kurtar deyib.

O, mətbuatda haqqında yazılanları oxumadığını bildirib: “Komandam yaxşı mübarizə apardı. Yeni komanda yaradırıq, 2 yeni oyunçumuz gəldi. Qapıçımız Kamal Bayramov bu gün yaxşı oynadı. Gənc futbolçuları yetişdirmək istəyirik. Qarşıdakı kubok oyununa ciddi hazırlaşacağıq, növbəti mərhələyə adlamaq istəyirik. KİV-də mənim barəmdə yazılanları oxumamışam. Buraya futbol adına nəsə etmək üçün gəlmişəm, getmək barədə düşünmürəm. Futbolçuların düzgün qidalanmasına nəzarət edirik. Gənc futbolçulardan Novruz Məmmədov öz üzərində işləsə, yaxşı futbolçu olacaq. Hamı nəticəyə baxır. Uğursuz olaramsa rəhbərlik məni göndərər. Məşqçinin bəhanəsi olmamalidir. Nəticə varsa, işinə davam etməlidir, əks halda getməlidir”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31