31 Avqust 2026, Bazar ertəsi
“Qəbələ” Sxadadze ilə yolları ayırdı
Dani Bolt “Qarabağ”dan getdi
Rəşad Sadıqovdan qələbə şərhi
“Zirə” “Neftçi”ni məğlub etdi

Ölkə futbolu

"Qəbələ" "Neftçi" ilə oyuna hazırlaşır

"Simurq" - "Qəbələ" (0:0) matçının ardından 2 günlük istirahətə buraxılan "qırmızı-qaralar"  dünəndən etibarən növbəti - XXV tur çərçivəsində keçiriləcək "Neftçi" ilə qarşılaşmanın hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesinə zədəsi olan Omar Kalabane, Dieqo Koşta Silva, Rafael Santos və milli komandaların heyətində yer alan Kamran Ağayev, Elnur Allahverdiyev (hər ikisi Azərbaycanın əsas yığması), Ürfan Abbasov və Ruslan Tağızadə (hər ikisi Azərbaycanın U-21 yığması)  qatılmayıb.

Xatırladaq ki, "Qəbələ" - "Neftçi" qarşılaşması martın 9-da Qəbələ Şəhər Stadionunda baş tutacaq. Saat 13:00-da start götürəcək matç "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31