20 Mart 2026, Cümə
U-21 millimizin heyəti açıqlandı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə
Ayın qolunun müəllifi mükafatlandırıldı

Ölkə futbolu

“Xəzər Lənkəran” “Rəvan”la matçın hazırlığını davam etdirir

Artiq iki gündür paytaxtda məskunlaşan “Xəzər Lənkəran” “Rəvan” klubu ilə qarşılaşmanın hazırlığına start verib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, respublika stadionunun süni örtüklü meydançasında Lənkəran təmsilçisi gündə bir dəfə olmaqla məşqlərini davam etdirir. Bir müddətdir zədədən əziyyət çəkən Rasim Ramaldanov, Rahid Əmirquliyev, Etame Mbilla və Adrian Skarlatake komandaya qoşularaq fərdi məşqlərlə kifayətlənirsə, braziliyalı yarımmüdafiəçi Deyvid Sakkoni zədə ucbatından hələlik hazırlıqdan kənarda qalıb.

O cümlədən milli komandaların toplanışı ilə əlaqədar Elnur Cəfərov (U-19), Ağabala Ramazanov (U-21) və Dejan Blajevski (Makedoniya millisi) “Xəzər Lənkəran”dan ayrı düşüblər. Bakıda hazırlığını davam etdirən “Xəzər Lənkəran”, martın 7-də matçın keçiriləcəyi “Bayıl Arena”da oyun öncəsi son məşqini keçirib, matç saatını gözləyəcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının XXV turunun “Rəvan” - “Xəzər Lənkəran” görüşü mart ayının 8-də, saat 15:00-da start götürəcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31