23 Yanvar 2026, Cümə
“Neftçi”dən azarkeşlərinə müjdə
Millimiz Danimarkaya uduzdu
Qurbanovun 500-cü qələbəsi
17-ci turun hakim təyinatları

Ölkə futbolu

Tsxadadze: 28 nömrəlinin 28-ci qolu

Premyer Liqanın 24-cü turunda keçirilən “Xəzər-Lənkəran” -“İnter” matçında qonaqlarIn heyətində Baçana Tsxadadze fərqləndi. Futbolxeber.az-ın məlumatına görə, bu qol 28 nömrə altında oynayan futbolçunun “İnter”in heyətində vurduğu sayca 28-ci oldu.

B.Tsxadadze “İnter”in heyətində 19 fevral 2011-ci ildə  MOİK-lə keçirilən oyunda debüt edib. Bu oyun həmin mövsümdə onun “İnter”in heyətində keçirdiyi yeganə qarşılaşma olub. Ancaq növbəti çempionatda o, 29 oyunda meydançaya çıxıb və 7 qol vurub. 2012-2013-cü il mövsümündə isə Tsxadadze 29 oyunda 8 dəfə fərqlənib. Cari mövsümdə isə forvard 6 dəfə fərqlənib. Baçana daha 4 qolu Avropa Liqasında, 3 qolu isə Azərbaycan Kubokunda vurub. Bu nəticə ilə oğul Tsxadadze hazırda “İnter”in  heyətində ən yaxşı bombardirdir.

Əlavə edək ki, Baçana Tsxadadzenin “Xəzər-Lənkəran”ın qapısından keçirdiyi bu qol sonuncunun qapısına vurduğu sayca 4-cü oldu. Hücumçu bunadək  “ağ-yaşılların” qapısını 3 dəfə dəqiq nişan alıb.

 Gürcüstanlı hücumçunun daha çox “Rəvan”ın (6 qol) və “Bakı”nın (5) qapısından qol keçirdiyini də qeyd etmək olar.


inter.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31