Ölkə futbolu
“Neftçi”nin benzin və yağa yox, yeni sürücüyə ehtiyacı var! YAZI
“Biz bəzilərinə sübut etdik ki, "Neftçi"yə transferlər gərək deyil. "Neftçi" benzin və yağa ehtiyacı olmayan hazır maşındır. İşə sal və sür, get”. Bu sözləri Böyükağa Hacıyev təxminən 1 ay əvvəl - daha dəqiq desəm, fevralın 2-də Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Simurq”u 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra demişdi.
“Bəziləri” deyəndə, təbii ki, Hacıyev “ağ-qaralar”ın sabiq çalışdırıcısı, yerinə keçdiyi Nazim Süleymanovu nəzərdə tuturdu. Həmin gün Hacıyevin kefi yerində idi. Ənənəsinə sadiq qalaraq, yenə də sinəsinə döyürdü. Çoxları da onun haqqında “dilnə görə dilçəyi də var” deyirdi. “Fənərbaxça” ilə qeydə alınan qolsuz heç-heçə və ilin ilk rəsmi oyununda qazanılan böyükhesablı qələbə - bundan sonra Böyükağa Hacıyev, Tahir Süleymanov və “Neftçi”nin futbolçuları havadaydılar.
Amma taleyin işini bilmək olmur. Lənkəranda baş tutan oyundan sonra “Neftçi”nin qara günləri başladı. Bir anın içində vəziyyət elə dəyişdi ki, həmin göylə gedən “Neftçi”dən əsər-əlamət qalmadı. Komanda əvvəlcə “Bakı”ya uduzdu, sonra “İnter”lə oyunda yenilgidən çətinliklə qaçdı, ardınca 18 oyundur qələbənin nə olduğunu bilməyən “Sumqayıt”a boyun əydi və cümə günü “Qarabağ” qarşısında çökdü. Bu, artıq Böyükağa Hacıyevin, “Neftçi”nin çöküşüdür. İndi “ağ-qaralar” cılız komanda təsiri bağışlayır. Hər oyundan sonra isə klubun saytında “Neftçi” növbəti oyununu keçirib” başlıqlı xəbərə rast gəlirik. Halbuki əvvəllər klubun saytında qazanılan qələbələrdən bəh-bəhlə yazılırdı. “Neftçi” 5 turdur ki qələbə üzünə həsrətdir. Bəs, nə baş verdi ki komanda bu günə düşdü?
Əslində, qeyri-adi heç nə baş vermədi. Komandanın bu vəziyyətə düşəcəcəyi gözlənilən idi. Qışda klubda baş verən proseslər məhz fiasko ilə nəticələnməliydi. Hacıyev və havadarları təlim-məşq toplanışı zamanı keçirilən hər oyundan sonra ağızdolusu vədlər verirdilər. Obyektivliyini “Neftçi”yə qurban verən bəziləri isə komandanı dağın başına qaldırmaqa məşğul idilər. Halbuki futboldan az-çox başı çıxan hər kəs “Neftçi”nin bu vəziyyətdə nəinki çempion olacağına, heç “üçlüy”ə düşə bilməyəcəyini gözəl anlayırdı. Heyətinə düz-əməlli 1 futbolçu qatmayan komanda necə çempion ola bilər? Nəzərə almaq lazım idi ki, komanda hələ qış fasiləsindən öncə oyunçu azlığından əziyyət çəkirdi. Nazim Süleymanov tez-tez komandanın güclənməyə ehtiyacı olduğunu əbəs yerə demirdi. Amma Hacıyev hər imkanda “mənə yeni futbolçu lazım deyildi” deyirdi. Heç 1 ay keçməmiş həmin Hacıyev oyunçu yoxluğundan şikayətləndi. Görəsən, qış fasiləsində “Neftçi” başbilənləri mövsümün uzun olduğunu, cəza və zədədən qaçmağın mümkün olmadığını nəzərə almırdılar?
Komanda qış fasiləsində heyətinə 2 futbolçu cəlb etdi. Kimlərdi onlar? Biri “Lokomotiv”in, digəri isə “Zenit”in yetirmələri. Heç kim məndən inciməsin, amma həmin futbolçuların “Zenit”dəki, “Lokomotiv”dəki həmyaşıdlarından geri qalmaları şübhə doğurmur. Əgər, Samir Məsimov “Lokomotiv”ə, Elvin Bədəlov da “Zenit”ə lazım olsaydı, onlar bu gün “Neftçi”nin heyətində olmazdılar. Rusiya klubları ağıllarını itirməyiblər ki, yetişdirdikləri futbolçuları havayı əldən buraxsınlar. Məsimov və Bədəlovdan güclü futbolçu olmayacağını anlayan ruslar hər iki futbolçunu “Neftçi”yə göndəriblər, vəssəlam. Həqiqət budur. “Neftçi” isə adıçəkilən futbolçuların keçidini ictimaiyyətə elə təqdim etdi ki...”Neftçi” “Lokomotiv”in hücumçusunu transfer etdi” - bu xəbəri oxuyanda adam düşünür: görəsən kimdi? Maykon, Pavlyuçenko, yoxsa N`Doye? Sonra isə məlum olur ki, Samir Məsimov. Statistikasına baxırsan - ötən mövsüm əvəzedicilərin çempionatında 8, bu mövsüm isə 11 oyuna çıxıb. Cəmi 19 oyun və qol sayı 0. İndi özünüz deyin, əvəzedicilərin çempionatında 19 oyunda 1 dəfə belə fərqlənə bilməyən forvard bugünkü gündə “Neftçi”nin hücum xəttini necə gücləndirə bilər? Maykon, Pavlyuçenko, N`Doyeni demirəm, əgər “Neftçi” “Zenit”də forma geyən həmyerlilərimiz Ramil Şeydayev və ya Ayaz Quliyevi transfer etsəydi, bax, bu zaman demək olardı ki, “Neftçi”yə əhsən. Uzun sözün qısası, Məsimov və Bədəlovun transferi baş aldatmaqdan başqa bir şey deyil. Zaman da onların komandanı gücləndirmək iqtidarında olmadıqlarını göstərdi. “Sumqayıt”la matçda meydanda olan hər iki futbolçu ciddi heç nə ilə yadda qalmadılar.
“Neftçi” qış transfer pəncərəsini boşa verdi və indi də bunun acısını çəkir. Bu gedişlə “Neftçi” nəinki çempion olacaq, heç ilk “üçlüy”ə də düşə bilməyəcək. Bunun əsas günahkarı da məhz Böyükağa Hacıyevdir. Niyə? Ən azından ona görə ki, komandanın nəticələrinə baş məşqçi cavabdehdi. Amma Hacıyev indidən gələn mövsümün planlarını cızır. Gah “çempion olmasaq da, istefa verməyəcəyəm” deyir, gah da “gələn mövsüm Kanalesi geri qaytaracağıq”. Hər oyundan sonra yenilgiyə bir bəhanə tapır. “Qarabağ”la son matçdan sonra yenidən hakimləri, PFL-i günahlandırdı. Araz Abdullayevin qırmızı vərəqəyə layiq olub-olmadığını demək çətindir. Amma fakt budur ki, həmin ana kimi də “Qarabağ” “Neftçi”ni meydandan silmişdi. Əksinə, Abdullayevin meydandan qovulması Böyükağa Hacıyevin xeyrinə oldu. Çünki bu halda o, növbəti məğlubiyyətinə don geyindirməyə səbəb tapdı. Halbuki “Qarabağ”ın 4:1-lik qələbəsinə bəhanə gətirmək kişilikdən deyil. Hər kəs gördü ki, Qurban Qurbanovun komandası “Neftçi”ni meydandan sildi və çempionluğa kimin layiq olduğunu sübuta yetirdi.
"Neftçi" benzin və yağa ehtiyacı olmayan hazır maşındır. İşə sal və sür, get” deyirdi Böyükağa Hacıyev. Biz isə ona demək istərdik ki, cənab Hacıyev, sizin maşınınız qəzaya uğradı. Günahkar isə sizsiniz. “Neftçi”nin indiki məqamda yağa, benzina yox, yeni sürücüyə ehtiyacı var!
Şahin ZÜLFÜQAROV, “Het-trik news”
P.S. Araz Abdullayevin də gələcəyi də qaranlıq görünür. Saç düzümü, hərəkətləri ilə özünü Kriştianu Ronaldoya oxşadan futbolçu, yaxşı olardı ki portuqaliyalının sərgilədiyi oyunun heç olmasa, 5 faizini meydanda göstərsin.
|
Adin Rasimdi, Anardı, nədi bilmirəm. Birincisi, kişinin bir adı olar. Adından utanma, bir adla yaz. Çox adlılığın kimlərə məxsus olduğunu yəqin ki bilirsən....
İkincisi, sənin şərhivi indi gördük və dərhal da aktiv etdik.İkinci şərhi yazıb, ağzıvın qatığını dağıtmısan. Ağıllı ol, elə eləmə ki o qatığın bankasını sənə.... Üçüncüsü, bizi başqalarıyla səhv salma. Heç kimdən qorxmuruq. İstədiyimiz adam haqda istədiyimiz tənqidi yaza bilərik. Dördüncüsü, mən başqa adlarla şərh yazmamışam deyib, zadniyə atma. Onsuz da gələn şərhləri İP-nən müəyyənləşdirmək olur ay... BOYUKAXA MELLIMLE BIZ UXURLAR QAZANACAYIQ BIZ YALNIZ ONU ISTIYIRIK
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
12.11.2026
11.11.2026
10.11.2026
























