19 Mart 2026, Cümə axşamı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə
Ayın qolunun müəllifi mükafatlandırıldı
25-ci turun hakim təyinatları

Ölkə futbolu

Vaqif Sadıqov: “Futbolda belə oyunlar da olur”

“Çox danışmaq istəmirəm, futbolda belə oyunlar da olur. Qapıçımız bir dəfə də olsun topun dalınca uzanmadı, amma məğlub olduq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Rəvan”la oyundan sonra AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik etməyi də unutmayıb: “Oyunumuzda olan səhvlərimizi düzəltməliyik. “Rəvan”ı qələbə ilə təbrik edirəm. Sona kimi mübarizə aparıb qələbə qazandılar. Əsas heyətimizdən 3 futbolçu yox idi, onlara bu gün ikisi də əlavə olundu. Gözlənilməyən nəticə oldu, oyuna bir daha təkrar baxmaq lazımdır. 6-cı dəfədir ki, layiq olmadığımız məğlubiyyəti alırıq. Kamal Bayramovun oyununu qeyd etməliyəm. O, Sapelanı layiqincə əvəz etdi”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31