1 Aprel 2026, Çərşənbə
Riad Rəfiyev Harvardın məzunu oldu
“Dinamo” 6 qollu qələbə qazandı
“Bir qələbə ilə rahatlaşmaq olmaz”
Yığmamız 6 qolla qələbə qazandı

Basketbol

Emin Əmrullayev Türkiyənin tanınmış klubunun prezidenti ilə görüşüb

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və ABF rəsmiləri ilə Türkiyənin tanınmış qadın basketbol klublarından biri olan "Nəsibə Aydın"ın prezidenti Mirkan Aydın, bu klubun nümayəndələri arasında rəsmi görüş keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, görüşün əsas mövzusu iki ölkə arasında qadın basketbolunun inkişafı, ortaq layihələr və qarşılıqlı təcrübə mübadiləsi məsələləri olub.

Tərəflər gələcəkdə müxtəlif yaş qrupları üzrə qadın basketbolçular arasında birgə turnirlər və təlim proqramlarının həyata keçirilməsi perspektivlərini də dəyərləndiriblər.

Emin Əmrullayev görüş zamanı Türkiyə basketbolunun bölgədəki təcrübəsindən faydalanmağın müsbət tərəflərindən danışıb və "Nəsibə Aydın" klubunun qadın basketbolundakı uğurlarını yüksək qiymətləndirib.

Mirkan Aydın da Azərbaycan basketbolunda son illərdə müşahidə olunan inkişafı təqdir edərək, gələcək əməkdaşlıqlarda uğurlu nəticələrin qeydə alınacağına inandığını söyləyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30