20 Aprel 2026, Bazar ertəsi
"Turan Tovuz"da iki yubiley
Saşa İliç qələbəni şərh etdi
Sxadadze: “Azarkeşlərdən üzr istəyirik”
"Sumqayıt" "Qəbələ"ni məğlub etdi

Basketbol

“Pley-in oyunları əsl döyüşə çevriləcək”

“Abşeron”a qarşı oyunlar əsl döyüşə çevriləcək”.

Futbolxeber.az saytının məlumatına görə, bunu NTD-nin basketbolçusu Tayri Boykin klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Abşeron"a qarşı keçirəcəkləri qarşılaşmalar haqqında fikirlərini bölüşüb: "Hər iki komanda bu görüşlərə pley-offa vəsiqə qazanmaq məqsədi ilə çıxır və heç bir güzəşt olmayacaq. Pley-in və pley-off matçlarının atmosferi müntəzəm mövsümdən tamamilə fərqlidir. Çünki hər kəs məsuliyyəti anlayır. Oyunların səviyyəsi artacaq və bu, seriyanı daha maraqlı edəcək".

T.Boykin rəqibin xarakterli və tam gücü ilə çıxış edən kollektiv olduğunu söyləyib: "Abşeron" geridə olanda və ya oyun istədikləri kimi getməyəndə təslim olan komanda deyil. Biz də başa düşürük ki, artıq pley-offa vəsiqə uğrunda mübarizə aparırıq. Müntəzəm mövsümdə baş verən hər şey artıq keçmişdə qaldı. Pley-in seriyasına tam hazırıq və güclü motivasiyamız var. Kubokda qələbədən sonra daha bir titul uğrunda mübarizə aparmaq üçün alışıb-yanırıq və kollektivdə bunu etmək üçün hər şey var. Bu şansı maksimum dəyərləndirməyə hazırıq”.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30