13 Avqust 2026, Cümə axşamı
"Qarabağ" "Dinamo"ya qarşı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da

Basketbol

“Müntəzəm mövsümü qələbə ilə başa vurmaq istəyirik”

“Müntəzəm mövsümü qələbə ilə başa vurmaq istəyirik. Tam olaraq buna köklənmişik. Sonadək mübarizə aparacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Quba"nın basketbolçusu Jalen Reyndols klubun mətbuat xidmətinə müsahibəsində deyib.

ABŞ-dən olan oyunçu Azərbaycan Basketbol Liqasının XX turunda "Ordu"ya qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb: “Çox yaxşı qarşılaşma olacağını düşünürəm. Bu mövsüm çempionatda hər kəslə oynaya biləcəyimizi göstərdik. Məğlubiyyətlərimizin bəzi səbəbləri yorğunluğun yaratdığı səhvlər idi. Yorğun olduğumuz zaman müdafiədə də səhvlərə yol verirdik. Atışlarda da bəzən dəqiq ola bilmirdik. Bu da sonda istədiyimiz nəticəni qazanmağa imkan vermirdi”.

O, pley-in mərhələsində uğurlu çıxış etmək istədiklərini bildirib: “Müntəzəm mövsüm bitəcək və yeni startımız olacaq. Ona görə də düşünürəm ki, burada uğur qazana bilərik. Bizə təzyiq olduğunu fikirləşmirəm. Çünki qalib gələcəyimizi gözləyənlər çox deyil. Məncə, əsas basqı “Ordu”da olacaq".

Qeyd edək ki, aprelin 2-də keçiriləcək "Quba" - "Ordu" oyunu saat 14:00-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31