13 Oktyabr 2026, Çərşənbə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Basketbol

Millimizin baş məşqçisi: "Basketbolçularımız sonadək vuruşdular"

“Oyunçularımız çox yaxşı oynadılar, sonadək vuruşdular”.

Futbolxeber.az saytının məlumatına görə, bunu kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev Kosovoya səfərdə 79:81 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələsinin matçı ilə bağlı danışarkən deyib.

Mütəxəssis hakim idarəçiliyindən narazı qalıb: "Oyundan əvvəl də şansların bərabər olduğunu demişdim. Buna baxmayaraq, uşaqlar sonadək vuruşdular. Qələbə də qazana bilərdik. Ancaq alınmadı. Bu görüşdə hakimlərin qərarları meydan sahiblərinin xeyrinə oldu. Bu da bizə çətinliklər yaradırdı. Buna baxmayaraq, basketbolçular çox yaxşı oynadılar, sonadək vuruşdular. Qalibiyyət əldə etməyi çox istəyirdik, bu dəfə alınmadı".

Qeyd edək ki, Azərbaycan millisi fevralın 23-də Bakıda İrlandiyanı qəbul edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31