24 Avqust 2026, Bazar ertəsi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi

Basketbol

Tahir Baxşıyevdən qələbə şərhi

“Rəqibin güclü, zəif tərəflərini bilirdik və layiqli qələbə qazandıq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu NTD basketbol komandasının baş məşqçisi Tahir Baxşıyev "Lənkəran"a 87:73 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis maraqlı matça şahidlik etdiklərini bildirib: “Kubokda fərqli limit səbəbindən sistem tamamilə dəyişir. Çətin idi. Amma düşünürəm ki, oyun maraqlı alındı. Uşaqlar hər şeyi düzgün etdilər. Kubokun 1/4 finalında bizi “Şəki”yə qarşı görüş gözləyir. Çox güclü rəqibdir. Turnir cədvəli də bunu sübut edir. Onlar öz qruplarında liderlik edirlər. Çətin olacaq. Amma bu matça hazır olacağıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31