25 Noyabr 2026, Çərşənbə
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu
Andrey Arşavin Bakıya gəlib
“Sumqayıt” Murata ilə vidalaşdı

Xarici futbol

“Bavariya” Almaniya millisinin hücumçusu ilə güclənə bilər

Almaniya millisinin hücumçusu Yunes Ebnutalib tezliklə “Ayntraxt”dan ayrıla bilər.

Futbolxeber.az saytının SPORT BILD-ə istinadən verdiyi məlumata görə, “Bavariya” 23 yaşlı futbolçuya maraq göstərir.

Hari Keynin ciddi zədə almasından sonra Münhen klubu qış transfer pəncərəsi zamanı hücum xəttini gücləndirməyi planlaşdırır.

Ebnutalibin keçidi təxminən 35 milyon avro həcmində qiymətləndirilir. Dortmund “Borussiya”sı da Almaniya yığmasının üzvünə maraq göstərir.

Qeyd edək ki, Yunes Ebnutalib cari mövsüm bütün turnirlər nəzərə alınmaqla 12 matçda forma geyib, 8 qol vurub və 2 dəfə məhsuldar ötürmə müəllifi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30