25 Noyabr 2026, Çərşənbə
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu
Andrey Arşavin Bakıya gəlib
“Sumqayıt” Murata ilə vidalaşdı

Ölkə futbolu

Elçin Məsiyev dünya çempionatının oyununa təyinat aldı

Azərbaycanın FİFA referisi Elçin Məsiyev FİFA U-17 Dünya Çempionatının qrup mərhələsinin 3-cü turunda keçiriləcək Vyetnam - Mali oyununun baş hakimi olacaq.

Futbolxeber.az saytının AFFA-ya istinadən verdiyi məlumata görə, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qətərdən olan Abdulhadi Alruyali, ehtiyat köməkçi hakim funksiyasını isə həmyerlisi Zahi Snaid Əlşammari yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 26-da Qətərin Doha şəhərindəki "Aspire Zone" kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30