Xarici futbol
Sabiq “Qarabağ”lı: “Sevilya” ilə hər şey razılaşdırılmışdı”
“Qarabağ”ın sabiq hücumçusu, hazırda Meksikanın “Pumas” klubunda çıxış edən Juninyo Braziliyanın “Flamenqo” komandasındakı karyerasından və Azərbaycandan ayrıldıqdan sonra yaşadıqlarından danışıb.
Futbolxeber.az saytının məlumatına görə, braziliyalı futbolçu “365Scores”ə müsahibəsində “Flamenqo”da özünü tam göstərə bilməməsinin səbəblərini açıqlayıb.
Juninyo bildirib ki, Braziliya klubuna keçməzdən əvvəl İspaniyanın “Sevilya” komandasına transfer olunmağa çox yaxın olub: “Sevilya” ilə hər şey razılaşdırılmışdı, bütün hazırlıqlar görülmüşdü. Hətta çamadanımı da yığmışdım. Sonra zəng edib dedilər ki, transfer baş tutmur. “Sevilya”ya keçməyimə kiçik bir detal mane oldu. Daha sonra “Flamenqo” variantı yarandı və Braziliyaya qayıtdım”.
O, “Flamenqo”ya keçidinin özü və ailəsi üçün böyük arzunun gerçəkləşməsi olduğunu deyib: “Braziliyaya qayıtmaq barədə düşünmürdüm. Avropanın başqa klublarından da təkliflərim var idi. Amma “Flamenqo” zəng edəndə yox demək mümkün deyil. “Marakana”da oynamaq, ölkəmin ən böyük klubunda çıxış etmək və titullar qazanmaq istəyirdim”.
Juninyo “Flamenqo”da əfsanəvi Qabiqolun əvəzinə transfer edilməsinin də onun üzərində təzyiq yaratdığını etiraf edib: "Klubda hər şeyi qazanmış bir əfsanənin yerini tutmağa gəlmişdim. Bu, əlbəttə, müəyyən təzyiq yaradırdı. Təəssüf ki, özümü sübut etmək üçün kifayət qədər oyun vaxtı almadım. Özümü yaxşı tanıyıram və əminəm ki, mənə bir az da vaxt verilsəydi, bacarığımı göstərə bilərdim”.
Braziliyalı futbolçu ölkəsinə qayıtmaq niyyətində olmadığını da vurğulayıb: “Açığı, Braziliyaya qayıtmağı düşünmürəm. Orada qazanmalı olduğum titulları qazandım, ölkəmin ən böyük klubunda oynadım. Bu, mənim üçün kifayətdir. Hazırda özümü yenidən Braziliyada oynayan görmürəm”.
Qeyd edək ki, ötən ilin sonunda “Flamenqo”dan “Pumas”a 5 milyon avroya transfer olunan Juninyo Meksika çempionatının Apertura mərhələsində 14 oyuna 8 qol vurub və bombardirlər siyahısında ikinci yerdədir. Onun Meksika klubu ilə müqaviləsi 2028-ci ilin sonuna qədərdir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- "Sumqayıt"dan növbəti transfer
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
14:56
Azərbaycan Super Liqası: II turun oyunlarının vaxtı açıqlanıb
-
14:13
Sabiq “Qarabağ”lı: “Sevilya” ilə hər şey razılaşdırılmışdı”
-
13:39
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafatçıları bəlli olub
-
13:01
DÇ: İki qadın güləşçimiz məğlub olub, İslam Abbasov medal şansını itirib
-
12:44
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:27
Millimiz son oyununda qalib gəldi
-
11:58
"Gəncə"nin yeni baş məşqçisi açıqlandı
-
11:32
“Qarabağ” - “Dinamo” oyununun biletləri satışda
-
11:15
DÇ: U-15 millimizin növbəti rəqibi dəqiqləşib
-
11:00
Çempionlar Liqası: "Araz-Naxçıvan" ilk matçına çıxır
-
10:46
"Beşiktaş"ın qələbəsi VİDEO
-
10:23
Beş cüdoçumuz Asiya Kubokunda iştirak edəcək
-
10:09
"Trabzonspor"dan əzmkar qələbə VİDEO
-
09:51
Anje Mutsinzi: “Sumqayıt”ı məğlub etmək heç də asan deyil”
-
09:34
Murad oynadı, komandası xal itirdi
-
09:17
Derbini "Qalatasaray" qazandı VİDEO
-
09:00
"Qızıl top"un sahibi açıqlanıb
-
08:45
Azərbaycan kubokunda 2-ci mərhələ başlayır
-
20:32
Fərid Ələkbərov: "ÇL-də oynamaq hər idmançıya qismət olmur"
-
19:18
Millimiz qrupda üçüncü oldu
-
18:23
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
-
18:04
Samuel Eto`O Azərbaycana gəlib
-
17:56
“Kayrat”ın baş məşqçisi istefa verdi
-
17:31
11 cüdoçumuz Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə"də iştirak edəcək
-
17:17
Dünya çempionatı: Nihat Məmmədli finalda, Həsrət Cəfərov uduzdu
-
16:48
“Sumqayıt”ın sabiq baş məşqçisi istefaya göndərildi
-
16:25
Karateçilərimiz Belçikada keçirilən Avropa çempionatında üç medal qazanıblar
-
16:00
Proqnoza fransız - YAZI
-
15:32
Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub
-
15:13
Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
-
14:44
Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
-
14:26
Boksçularımız U-19 dünya çempionatını iki medalla başa vurublar
-
14:07
"Araz-Naxçıvan" - "Uypest": Təyinatlar müəyyənləşdi
-
13:51
Volkov Azərbaycan çempionatında bunu bacaran 30-cu futbolçu olub
-
13:35
“Turan Tovuz” 150-yə çatdı
-
13:18
Rəşad Sadıqov üçün yubiley
-
13:15
Dünya çempionatı: Azərbaycan millisi İsrailə qalib gəldi
-
13:00
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
12:42
"Yuventus" səfərdə sevindi VİDEO
-
12:24
Qustavo Klisman: “Qol buraxmışıqsa, günahı bir nəfərin üzərinə ata bilmərik”
-
12:06
"Bavariya" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:51
Boksçumuz Avropa çempionu oldu
-
11:37
"Mlan" "Udineze"yə şans tanımadı VİDEO
-
11:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:59
"Real" səfərdə "Barselona"nı devirdi VİDEO
-
10:48
Millimiz Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub
-
10:35
"İnter"dən inanılmaz geridönüş VİDEO
-
10:22
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
-
10:04
Muaddib: “Çempionluq “Qarabağ”la iki yox, bir komanda arasında gedəcək”
-
09:56
İnfantinodan Azərbaycan çempionatıın oyunundan paylaşım etdi
27.10.2026
26.10.2026























