16 Noyabr 2026, Bazar ertəsi
Millimiz Andorraya qarşı
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi

Xarici futbol

Toral “Bursaspor”da növbəti oyuna çıxdı

Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyə 1-ci Liqasında “Bursaspor”un növbəti oyununda meydana çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Bursa təmsilçisi ikinci turda “Iğdır FK”nı 1:0 hesabı ilə məğlub edib. Qolu 16-cı dəqiqədə İheanaço vurub.

Bursa şəhər stadionunda keçirilən və 40 min azarkeşin izlədiyi matça Toral Bayramov ehtiyat oyunçular skamyasında başlayıb. O, 70-ci dəqiqədə Barış Gökün əvəzinə meydana daxil olub.

Qeyd edək ki, “Bursaspor” yeni mövsümdə keçirdiyi hər iki oyunda qalib gəlib və hazırda 6 xal toplayaraq “Manisaspor”la birgə şərikli liderdir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30