9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Xarici futbol

"Qızıl buts"ın qalibi müəyyənləşdi

"Bavariya"nın hücumçusu Harri Keyn 2025/2026 mövsümünün sonunda "Qızıl buts" mükafatını alacaq.

Futbolxeber.az saytının məlumatına görə, 32 yaşlı futbolçu Bundesliqada 31 oyunda 36 qol (72 xal) vurub. Bununla da, o, Avropanın qitəsi üzrə yerli liqada ən çox qol vuran oyunçu olub. Sıralamada ikinci yeri Premyer Liqada 27 dəfə (54 xal) fərqlənən "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haland tutub. "Real"ın forvardı Kilian Mbappe isə La Liqadakı 25 qolu ilə (50 xal) 3-cüdür.

Bu, Keynin ikinci "Qızıl buts" mükafatıdır. O, "Bavariya"da debüt mövsümündə (2023/2024) 36 qol vuraraq mükafatı qazanıb. Keyn cari mövsüm bütün turnirlərdə 51 oyun keçirib, 61 qol vurub və 7 məhsuldar ötürmə edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31