11 Noyabr 2026, Çərşənbə
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Xarici futbol

Pike 200 min avro cərimələndi

“Barselona” və İspaniya millisinin sabiq müdafiəçisi Jerard Pike  insayder ticarəti səbəbindən cərimələnib.

Futbolxeber.az saytının məlumatına görə, İspaniyanın Qiymətli Kağızlar Bazarı üzrə Milli Komissiyası (CNMV) Pikeyə 2021-ci ildə Aspy Global Services şirkətinin səhmlərini şirkətin satın alınacağı barədə məlumat ictimaiyyətə açıqlanmamışdan bir neçə gün əvvəl aldığı üçün 200 min avro cərimə tətbiq edib.

Məlumata görə, keçmiş futbolçu məxfi informasiyadan istifadə edib və daha sonra dəyəri 20 faiz artan səhmləri sataraq qazanc əldə edib. Tənzimləyici qurum bunu “çox ciddi pozuntu” kimi qiymətləndirib.

Pikeyə insayder məlumat ötürdüyü bildirilən iş adamı Elias Navarro da 100 min avro məbləğində cərimələnib. Tərəflərin qərardan İspaniya Ali Məhkəməsinə şikayət vermək hüququ var.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30