18 May 2026, Bazar ertəsi
“Uşaqlar maksimumunu ortaya qoydu”
"Neftçi" və "Zirə" qalib gəldi
Berdıyev: "3-cü qolu buraxmasaydıq...”
99 mükafat: 34 mövsüm, 21 komanda

Xarici futbol

DÇ-2026: 48 iştirakçıdan 34-ü məlumdur

2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının daha iki iştirakçısı müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, ötən gecə keçirilən oyunlardan sonra Almaniya və Niderland yığmaları da mundiala vəsiqəni rəsmiləşdiriblər. Bununla da DÇ-2026-da iştirakı dəqiqləşən milli komandaların sayı 34-ə çatıb.

Buna qədər meydan sahibləri – ABŞ, Kanada və Meksika ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç və Portuqaliyanın da mundialda mübarizə aparacağı dəqiqləşib.

Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31