29 Noyabr 2026, Bazar günü
Kurban Berdıyevdən qələbə şərhi
Mahir Polşada növbəti qolunu vurdu
“Neftçi” "Zirə”ni məğlub etdi
Millimiz Serbiyaya uduzdu

Ölkə futbolu

Mahir Emreli: “Çətin mövsüm keçiririk”

Azərbaycan millisinin və Polşanın “Rakuv” klubunun futbolçusu Mahir Emreli komandasının uğursuz çıxışı ilə bağlı paylaşım edib.

Futbolxeber.az saytının məlumatına görə, Polşa çempionatının 16-cı turunda “Piast”la ev oyununda (1:2) qol vuran 29 yaşlı hücumçu instaqram hesabında yazıb:

“İlin son ev oyunu. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik.

İndiyədək çətin mövsüm keçiririk. Amma klubda hər kəs – futbolçular, məşqçilər və digər əməkdaşlar vəziyyəti dəyişmək üçün əllərindən gələni edirlər. Birlikdə çalışmağa və mübarizə aparmağa davam edirik.

Xüsusilə çətin anlarda göstərdikləri inanılmaz dəstəyə və sədaqətə görə azarkeşlərimizə xüsusi təşəkkür edirəm. Siz daha artığına layiqsiniz. Dəstəyinizi heç vaxt adi hal kimi qəbul etməyəcəyik.

Sonadək “Rakuv”!”

Qeyd edək ki, Çenstoxova təmsilçisi 15 xalla Polşa çempionatının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30