29 Noyabr 2026, Bazar günü
"Qarabağ" "Sumqayıt"ı məğlub etdi
Kurban Berdıyevdən qələbə şərhi
Mahir Polşada növbəti qolunu vurdu
“Neftçi” "Zirə”ni məğlub etdi

Ölkə futbolu

Bekiri: Oyunçularla aramda problem yoxdur

“Bu gün kobud bir neçə səhv etdik. İkinci hissənin əvvəlində qapıçımız qırmızı vərəqə aldı. Belə liqada 45 dəqiqə 10 nəfərlə oynamaq çətindir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının XIII turunun “Şamaxı” - “Qəbələ” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Yeton Bekiri deyib.

Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Yol verdiyiniz səhvlərin əsas səbəbi nədir?

- Futbolda belə hallar olur. İlk hissədə qol imkanlarımız oldu, amma dəyərləndirə bilmədik. Matçın sonlarında da irəlidə fəal oynadıq. Sadəcə ikinci hissənin əvvəlində azlıqda qalmağımız bizi çətin vəziyyətə saldı.

- Komandada sanki intizamsızlıq var. Futbolçular əvəzlənəndə narazılıq edir, sizinlə görüşmürlər...

- Oyunçularla aramda problem yoxdur. Sadəcə belə matçlardan sonra onlar da qəzəbli olurlar. Hansısa futbolçu məcbur deyil ki, oyundan çıxanda məşqçi ilə görüşsün.

- Qarşıda ölkə kubokunda “Şahdağ Qusar”la matç var. Kubok sizin üçün nə dərəcə önəmlidir?

- Kuboka maksimum dərəcədə yaxşı hazırlaşmalı və qələbə qazanmalıyıq. Qarşıda sıx qrafikimiz var. Ardıcıl dörd oyunu səfərdə keçirdik. Bunu bəhanə kimi demirəm. Çalışıb, qələbələr qazanmalıyıq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30