30 Noyabr 2026, Bazar ertəsi
"Qarabağ" "Sumqayıt"ı məğlub etdi
Kurban Berdıyevdən qələbə şərhi
Mahir Polşada növbəti qolunu vurdu
“Neftçi” "Zirə”ni məğlub etdi

Ölkə futbolu

Azər Bağırov: “Məsələ səhvlərdən dərs çıxarmaqdır”

“Ardıcıl məğlubiyyətlərdən sonra komandada məyusluq var idi. Bu gün futbolçularda qələbə arzusunu gördüm. İstədiyimiz oyunu sərgiləyə bildik. Üzərimizdən bir az da olsa, təzyiqi azalda bildik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qəbələ”ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Daha sonra mütəxəssis jurnalislərin suallarını cavablandırıb:

- Bualinin “açar oyunçu” olduğunu düşünürsünüz?

- Bualinin keyfiyyətlərini bilirik. Onun meydanda bəzi missiyaları var. Rahat oynayanda bacardığını edə bilir. Bu gün də ən yaxşı futbolçulardan biri idi.

- Qələbələr autsayderlər üzərində əldə edilir. Daha yaxşı kollektivləri nə üçün məğlub etmək olmur?

- “İmişli” ilə matçda qələbəni son dəqiqədə əldən verdik. Bundan sonra “Sabah”, “Qarabağ”, “Zirə”yə qarşı oyunlarımız oldu. Ən çox bəyəndiyim “Sabah”, “Turan Tovuz” və “Neftçi”yə qarşı matçlarımız idi. Məsələ səhvlərdən dərs çıxarmaqdır.

- Qarşıdakı 4 oyununuz da burada olacaq və rəqiblər aşağı pillədə yer alan kollektivlərdir. Avrokubok zonasına qalxa biləcəksiniz?

- Hamı bizə üç xal kimi baxır. Amma biz elə deyilik, qarşımızda məqsəd var. Oyundan-oyuna düşünürük. Sonda harada olacağımızı görəcəyik.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30