26 Sentyabr 2026, Şənbə
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Xarici futbol

Krivotsyukun komandasından uğursuz sonluq

Cənubi Koreya çempionatında 22-ci turun oyunları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Qanqvon”la qarşılaşıb.

Matç 2:2 hesabı ilə yekunlaşıb. Krivotsyukun komandası matçın gedişində 2 top fərqi ilə hesabda öndə olsa da, 90+5 və 90+6-cı dəqiqələrdə qapısında qol görməklə qələbəni əldən verib.

Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. O, görüşə start heyətdə çıxıb və sona qədər meydanda olub.

Qeyd edək ki, 22 turdan sonra aktivində 36 xal olan “Daejeon” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30