3 Iyun 2026, Çərşənbə
Azər Bağırov rəsmən "Şamaxı"da
Minifutbol millimiz Çexiyaya qarşı
Millimiz Avstriyaya yollandı
"Zirə" 5 futbolçu ilə vidalaşdı

Xarici futbol

Kurban Berdıyev Kazana yollanır

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Kazana gedir.

Futbolxeber.az saytının məlumatına görə, 72 yaşlı mütəxəssis sabiq komandası “Rubin”in “Fakel” ilə keçiriləcək ev oyununu stadiondan izləyəcək.

Matç 27 aprel tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Berdıyevin Kazana yollanması təsadüfi deyil. O, “Ak Bars Arena”da azarkeşlərin onun adını verdiyi B114 sektorunun açılışında iştirak edəcək. Tədbirdən sonra Berdıyev start fitindən əvvəl rəmzi olaraq topa zərbə endirəcək. Bu, onun 2019-cu ildən bəri Kazana ilk ictimai səfəri olacaq.

Oyundan əvvəl tamaşaçılar üçün tatar estradasının ulduzları Firdus Tyamayev və Marat Yarullin çıxış edəcəklər.

Kurban Berdıyev “Rubin”ə 2002-2013 və 2017-2019-cu illərdə rəhbərlik edib. Berdıyevin dövründə “Rubin” iki dəfə Rusiya çempionu olub və Rusiya Kubokunu qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30