2 Avqust 2026, Bazar günü
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu

Xarici futbol

Renatın məhsuldar ötürməsi kifayət etmədi

Azərbaycan millisinin üzvləri Rahil Məmmədov və Renat Dadaşovun formasını geydiyi “Radomiak” Polşa Ekstraklasasında 28-ci tur oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, komanda səfərdə “Rakov”un qonağı olub. Görüş "Radomiak"ın 1:2 hesablı məğubiyyəti ilə başa çatıb.

Rahil bu görüşün iştirak ərizəsində yer almayıb.

Meydana start heyətində çıxan Renat isə 76-cı dəqiqədə Pedro Perotti ilə əvəzlənib.

Matçın 45+1-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanan millimizin hücumçusu ikinci hissədə məhsuldar ötürmə müəllifi olub. 52-ci dəqiqədə Dadaşovun ötürməsindən sonra Rafal Volski “Radomiak”ı hesabda önə keçirib. Lakin qonaqların sevinci çox çəkməyib. 12 dəqiqəyə 2 qol vuran “Rakov” qələbə qazanıb.

Qeyd edək ki, “Radomiak” hazırda turnir cədvəlində 34 xalla 13-cüdür. “Rakov” isə 59 xalla vahid liderdir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31