2 Avqust 2026, Bazar günü
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu

Xarici futbol

Mahirin qol həsrəti başa çatdı

Almaniya 2-ci Bundesliqasında 29-cu turun oyunları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” səfərdə “Kayzerslautern”lə qarşılaşıb.

Emreli də bu oyunun iştirakçısı olub. O, uzun fasilədən sonra start heyətində yer alıb və 87-ci dəqiqədə Yanni Serra ilə əvəzlənib.

Mahir ilk 11-liyə qayıdışını qolla qeyd edib. Millimizin hücumçusu 68-ci dəqiqədə komandasının ikinci qolunu vurub. Emreli Yulian Yustvanın ötürməsini qola çevirib. Bununla da o, hazırkı klubunun heyətində 20-ci oyunda 5-ci qolunu vurub. Mahir “Nürnberq”in heyətində sonuncu dəfə ötən il noyabrın 3-də “Hamburq”la matçda fərqlənmişdi.

Matç “Nürnberq”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində xallarının sayını 44-ə çatdıran “Nürnberq” 7-ci pilləyə yüksəlib. 2 xal çox toplayan “Kayzerslautern” isə 5-ci pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31