2 Avqust 2026, Bazar günü
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu

Xarici futbol

Krivotsyukun komandası heç-heçə ilə kifayətləndi

Cənubi Koreya çempionatında 8-ci turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Seul”la qarşılaşıb.

İlk hissədən sonra Krivotsyukun komandası 2:0 hesabı ilə öndə olsa da, fasilədən sonra 2 dəfə fərqlənən meydan sahibləri məğlubiyyətdən qaçıblar - 2:2.

Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətində yer alan 26 yaşlı müdafiəçi sonadək meydanda olub.

Qeyd edək ki, 8 turdan sonra aktivində 17 xal olan “Daejeon” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. “Seul” isə 13 xalla dördüncüdür.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31