4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Xarici futbol

Lisakoviç Azərbaycanla oyundan danışdı: “Hamı xoşbəxtdir”

Belarus millisinin hücumçusu Vitali Lisakoviç Azərbaycana 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunu barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, sport5.by portalına açıqlamasında 27 yaşlı futbolçu Bakıdakı qələbəni belə şərh edib:

“Ölkəmi qələbə münasibətilə təbrik etmək istəyirəm! Belə stadion, belə meydan olanda birləşmək, əlaqələr qurmaq imkanı yaranır. Mən bundan hədsiz həzz alıram! Bu il millidə ikinci oyunumu keçirdim. Düşünürəm ki, bizim üçün hər şey yaxşı olacaq. Hamı xoşbəxtdir, hamı razıdır. İki oyunda iki qələbə qazandıq. Daha çox qol vura bilərdik, amma əsas odur ki, qalib gəldik. İki oyunu da bəyəndim, zövq aldım".

Qeyd edək ki, Lisakoviç Azərbaycana qarşı görüşdə 90 dəqiqə meydanda olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31