4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Xarici futbol

“Neftçi”nin legioneri: “Bu, karyeramın ən yaxşı anlarından biri idi”

“Bu, karyeramın ən yaxşı anlarından biri idi”.

Futbolxeber.az saytının Vijesti.me nəşrinə istinadən verdiyi məlumata görə, bunu Monteneqro millisində çıxış edən "Neftçi"nin futbolçusu Edvin Kuç deyib.

Yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsində Farer adalarına qalib gəldikləri (1:0) matçın 90+6-cı dəqiqəsində qələbə qolunu vurması ilə bağlı fikirlərini bölüşüb:

“Kənardan hücum etməyi xoşlayıram. Həmin vaxt ya hər şey, ya da heç nə düşüncəsi ilə getdim. Karyeramın ən yaxşı anlarından biri idi. Əvvəlki günlər bizim üçün bir az çətin keçdi. Psixoloji və fiziki cəhətdən yorğun idik. Meydan da bizə çətinlik yaradırdı. İki matçda altı xalı asanlıqla qazanmayacağımızı bilirdik”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31