18 Noyabr 2026, Çərşənbə
Avro-2028: Millimiz 5-ci səbətdə
U-20 millisi İraqla heç-heçə etdi
U-21 Omanı yenə məğlub etdi
U-17 millimiz qrupda sonuncu oldu

Xarici futbol

Dadaşov dubl etdi

Almaniyada Şimal-Şərq Regional Liqasında 26-cı turun oyunları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Berlin “Dinamo”su səfərdə “Zehlendorf”a qalib gəlib - 5:3.

Oyunun 43-cü dəqiqəsinə qədər hesabda 1:3 geridə olan Berlin təmsilçisi sonradan 4 qol vuraraq qələbə qazanıb.

Dadaşov bu oyunda dubl edib. 3-cü dəqiqədə hesabı açan 33 yaşlı forvard 75-ci dəqiqədə 4-cü qolu vurub. Rüfət bu mövsüm çempionatda vurduğu qolların sayının 11-ə çatdırıb. O, Berlin kubokunda isə 4 dəfə rəqib qapısına yol tapıb.

"Dinamo" hazırda 40 xalla 6-cı pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30