26 Oktyabr 2025, Bazar günü
Kurban Berdıyevdən qələbə şərhi
“Səbail” qələbəni əldən verdi
"Qarabağ" "Atletik"ə məğlub oldu
Abubakar rəsmən “Neftçi”də

Xarici futbol

“Sumqayıt”ın hücumçusu Tehranda ehtiyatda qaldı

DÇ-2026-nın Asiya zonasında növbəti oyunları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, “Sumqayıt”ın hücumçusu Bobur Abdixolikovun dəvət aldığı Özbəkistan millisi 8-ci tur çərçivəsində səfərdə İranla qarşılaşıb.

“Sumqayıt”ın hücumçusu əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Görüş 2:2 hesabı ilə yekunlaşıb. Özbəklər matçın gedişində 2 dəfə hesabda önə keçsələr də, 83-cü dəqiqədə Mehdi Taremi İranı məğlubiyyətdən xilas edib.

Bu heç-heçə sayəsində xallarının sayını 20-ə çatdıran İran millisi DÇ-2026-ya vəsiqə qazanıb. 8 turdan sonra 17 xalı olan Özbəkistan hazırda qrupda ikincidir. Komanda ən yaxın izləyicisi BƏƏ-ni 4 xal qabaqlayır. Növbəti turda səfərdə BƏƏ-yə uduzmayacağı halda Özbəkistan millisi mundiala vəsiqəni təmin edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31